Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olundu

“Gülüstan” sarayında ölkə jurnalistlərinin böyük bayram təntənəsi yaşandı

“Gülüstan” sarayında «Jurnalistlərin dostu» mükafatının təqdimatı mərasimi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə böyük bayram tədbiri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xanımı Mehriban Əliyevə, ailə üzvləri, hökumət və dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimayyət nümayəndələri, kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının təmsilçiləri qatılıblar. 

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Sonra ölkə mediasının keçmişi, dünəni və bu günü ilə bağlı məlumat səslənib.  

Məlumatda bildirilib ki, Azərbaycan milli mətbuatının əsası 1875-ci ildə dahi mütəfəkkir və alim Həsən bəy Zərdabinin nəşr etdiyi «Əkinçi» qəzeti ilə qoyulub. Bu qəzetin yaranması və qısa müddətli fəaliyyəti təkcə mətbu ənənələrin təşəkkülü ilə deyil, milli özünüdərkin, milli şüurun formalaşması mərhələsi kimi də xarakterizə olunur. «Əkinçi»dən sonrakı milli nəşrlər bu təməli daha da möhkəmləndirərək xalqı 1918-ci ildə qazanılan dövlət müstəqilliyi ideyasına daşımış, bu yolda etibarlı bələdçi olmuşlar. 

1920-ci ilin aprelindən sonra Azərbaycan mətbuatı üçün məşəqqətli mərhələ başlamışdır. Amma bu mərhələni gerilik dövrü kimi xarakterizə etmək də düzgün olmazdı. Milli mətbuatımız məhz 70 illik sovet dönəmində yeni yaradıcılıq çalarları əldə etmiş, qazandığı nailiyyətlərlə əsrin əvvəlində oynadığı missiyanı yenidən təkrarlamış, beləliklə Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinə qovuşmasında böyük pay sahibi olmuşdur. 

1991-ci ildən başlanan müstəqilliyin ilk illərində digər sahələrdə olduğu kimi mediada da ciddi tənəzzül dövrü yaşanmışdır. Lakin ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafı ilə bağlı vahid dövlət siyasətinin və kompleks tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Mətbuata, söz və ifadə azadlıqlarına verilən dəyər ulu öndərin müəllifi olduğu 1995-ci il Konstitusiyasında təsbit olunmuşdur. 

Medianın vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğundakı rolunu yüksək qiymətləndirən, jurnalist peşəsinə böyük dəyər verən ümummilli liderin 1998-ci ildə imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» fərmanı ilə kütləvi informasiya vasitələri üzərindən senzura götürülmüşdür. 1999-cu ildə ölkədə «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının yeni qanunu qəbul edilmişdir. 

Heydər Əliyev Cənablarının media sahəsində reallaşdırdığı tədbirlər onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən sonrakı illərdə davam etdirilmiş, ardıcıl və kompeks siyasət yeni çalarlarla zənginləşdirilmişdir. İlham Əliyev Cənablarının 2005-ci ildə imzaladığı sərəncamla qəzetlərin «Azərbaycan Nəşriyyatı»na olan iri miqyaslı borcları silinmiş, həmin il «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu da qəbul edilmişdir. 

Azərbaycanda media sahəsində həyata keçirilən dövlət siyasəti, media və jurnalistlərə qayğı ənənəsi özünü Prezidentin digər çoxsaylı fərman və sərəncamlarında da göstərmişdir. Bu baxımdan Azərbaycan milli mətbuatının 130 və 135 illik yubileylərinin böyük təntənə ilə qeyd edilməsini, yüzlərlə qələm sahibinə fəxri adların və dövlət mükafatlarının verilməsini, media vasitələrinə birdəfəlik maddi yardımların edilməsini və sair göstərmək mümkündür. Lakin bu istiqamətdəki kompleks və ardıcıl siyasətin ən böyük uğuru Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» və sənədə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasıdır. Hazırda Fond Konsepsiya ilə nəzərdə tutulan müddəaları uğurla reallaşdırmaqdadır. Qurum KİV-lər və jurnalist təşkilatları arasında müsabiqələr, həmçinin jurnalistlər arasında fərdi yazı müsabiqələri təşkil edir, redaksiyalara maddi və mənəvi yardımlar göstərir. 

Bundan sonra sorğunun nəticələri barədə məlumat vermək və «Jurnalistlərin dostu» mükafatını təqdim etmək üçün söz mükafatın təsisçisi olan qurumun - «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin İdarə Heyətinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova verilib (Ə.Amaşovun çıxışının tam mətni).

Ə.Amaşov “RUH” AJMK tərəfindən təsis edilən “Jurnalistlərin dostu” mükafatının məqsəd və məramları barədə geniş məlumat verib. O, 2010-cu ildə media sahəsində həyata keçirilən kompleks siyasətin jurnalistlərin seçiminə təsir göstərdiyini vurğulayaraq sorğuda iştirak edən qələm sahiblərinin böyük əksəriyyətinin ölkə prezidenti cənab İlham Əliyevi jurnalistlərin dostu hesab etdiyini bildirib. O, mükafatın təqdimatı və ənənəyə uyğun olaraq nitq söyləmək üçün dövlət başçısını fəxri kürsüyə dəvət edib. 

Prezident İlham Əliyev çıxışında (prezident İlham Əliyevin çıxışının tam mətni) “Jurnalsitlərin dostu” mükafatının onun üçün önəmli olduğunu bildirərək Azərbaycanda media sahəsindəki kompleks məqsədyönlü tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

MŞ sədri Ə.Amaşov prezident İlham Əliyevə dərin və məzmunlu çıxışa görə təşəkkürünü bildirib. Şura sədri “Jurnalistlərin dostu” mükafatı üzrə keçirilən sorğunun ikinci və üçüncü laureatlarına – “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağana və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova “RUH” AJMK-nın xüsusi diplomlarını təqdim edib. 

Qısa fasilədən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi başlayıb. Bu məqsədlə söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. V.Səfərli rəhbərlik etdiyi qurumun 2010-cu ildə gördüyü işlər barədə məlumat verərək Fondun jurnalistlər arasında fərdi yazı müsabiqələrinin təşkilinə önəm verdiyini bildirib.

Tədbirdə həmçinin ölkənin aparıcı KİV-lərinin təmsilçilərinə “Azercell Telekom” MMC-nin bayram hədiyyələri təqdim olunub.

Bayram tədbiri Azərbaycanın incəsənət xadimlərinin çıxışları ilə davam etdirilib.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »