Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İtaliyalı media nümayəndələri Mətbuat Şurasında olublar

-

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmizdə səfərdə olan italiyalı media nümayəndələri - İtaliya Mətbuat Şurasının üzvü, «Terra» qəzetinin rəhbəri Sercio Bellucci və «İl sole domenika» qəzetinin baş redaktoru Armando Massarentti ilə görüşüb. MŞ-nin ofisində baş tutan görüşdə avropalı qonaqlara Şuranın iş prinsipləri barədə məlumat verilib.

Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılıb. Əsas fəaliyyət missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarət olan MŞ ötən müddətdə bir sıra nüfuzlu beynəlxalq media təşkilatları ilə əməkdaşlıq edib. Mövcud əməkdaşlıq çərçivəsində jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, söz və ifadə azadlığı sahəsində görülən işlərin daha da sürətləndirilməsinə xüsusi önəm verilib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın şikayətləri araşdırma təcrübəsindən ətraflı söz açıb.

İtaliyalı qonaqlar İtaliya Mətbuat Şurasının fəaliyyəti barədə, eləcə də bu ölkədə medianın durumu ilə bağlı məlumatlar veriblər. Mövcud istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparılıb.

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »