Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ İDARƏ HEYƏTİNİN İCLASI

Bu gün Azərbaycan Mətbuat Şurasında İdarə Heyətinin iclası keçirilib. Daha 4 qəzet "reket" elan olundu


Əflatun Amaşov: “Kim və hansı cinah tərəfindən həyata keçirilməsindən asılı olmayaraq “qara piyar”a heç vəchlə yol vermək olmaz”

 

Daha 4 qəzetin adı Şuranın “qara siyahı”sına salındı

 

 

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşovun təqdimatından sonra müzakirəyə çıxarılacaq məsələlər müəyyənləşdirilib. Öncə MŞ sədri Ə.Amaşov Şurada mətbuatda “qara piar”ın qarşısının alınması məqsədilə keçirilən “dəyirmi masa”dan sonra kütləvi informasiya vasitələrində belə halların xeyli azalmasına diqqəti çəkib. O deyib ki, kim və hansı cinah tərəfindən həyata keçirilməsindən asılı olmayaraq “qara piyar”a heç vəchlə yol vermək olmaz. Prosesin inkişafı Azərbaycan mətbuatının indiyədək əldə etdiyi bütün uğurların üstündən xətt çəkmək deməkdir.  Bu hala qarşı qətiyyətlə mübarizə aparacaqdır. İH üzvləri bu prosesin dərinləşməsində Şuranın rolunun gücləndirilməsi üçün təkliflərini səsləndiriblər

 

Sonra Şuranın Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının təqdim etdikləri rəylər əsasında qərarlar qəbul olunub. İdarə Heyəti fəaliyyətlərində peşə prinsipləri ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə “Azad Azərbaycan” , “Korrupsiyaya son” və “Xalqın keşiyində” qəzetlərini “reket nəşr” elan edərək adlarının MŞ-nin “qara siyahı”sına  salınması barədə qərarlar çıxarıb. “Millətim” qəzetinin də adı orada yer alacaq. Bu zaman mətbu nəşrin başqa kütləvi informasiya vasitəsindən götürdüyü materialların təqdimatı zamanı həmin yazılara etik çərçivəyə sığmayan əlavələr etməsi və səhifələrində təhqiramiz ifadələr işlədilməsi əsas götürülüb. “Xural” qəzetinə isə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra bəndlərinin tələblərinə müntəzəm və sistematik şəkildə sayğısızlıq göstərdiyinə görə Mətbuat Şurasının xəbərdarlığı olunub.

 

İclasda medianın iqtisadi bazasının möhkəmləndirilməsi, əsasən də reklam bazarının genişləndirilməsi və inkişafı ətrafında aparılan müzakirələrdə ölkədə bu sahədəki mövcud vəziyyət geniş təhlil edilib, xarici dövlətlərdə mövcud olan modellərə nəzər salınıb. Xatırladırıq ki, Mətbuat Şurasının yeni binasının açılışı günü ölkə başçısı ilə keçirilən görüşdə medianın reklam bazarının kasadlığı da müzakirə mövzusu olmuşdur. Hazırda Mətbuat Şurası bu sahədəki problemlərin aradan qaldırılması məqsədilə araşdırmalar aparmaqda və təkliflərini hazırlamaqdadır.  İclasda çıxış edənlər reklam bazarının genişləndirilməsi bağlı təkliflərini səsləndirmişlər. Qərara alınıb ki, müvafiq qurumlara ünvanlanmaq üçün təkliflər əsasında yekun sənəd hazırlansın.

 

Şura sədri deyib: “Məqsəd ölkədəki müstəqil medianın iqtisadi bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyən zaman kəsiyi üçün Təkliflər Paketi hazırlamaqdır. Burada həm tarif tənzimləmələri, həm də vergi güzəştləri öz əksini tapmalıdır. Artıq xarici təcrübə ilə baglı araşdırmalarımız var. Yerli mütəxəssislərlə də çoxsaylı məsləhətləşmələrimiz olub. Bunlar yaxın günlərdə keçirəcəyimiz “dəyirmi masa”nın iştirakçılarına da çatdırılacaq”.  

 

 

 

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »