Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Dünya Qəzetçilər Federasiyasının sədri Azərbaycan Mətbuat Şurasında olub

-

Bu gün Dünya Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətində türk dünyasını təmsil edən media təşkilatları ilə qarşılıqlı münasibətlər mühüm yer tutur. «Bu münasibətlər yalnız media sahəsi ilə məhdudlaşmır, ümumən ictimai məzmun daşımaqla ortaq dəyərlərimizin təbliğini nəzərdə tutur. Əlbəttə, təbliğat başlıca olaraq mediada aparılmalıdır. Ancaq düşünürəm ki, media qurumları eyni zamanda bizi birləşdirən, xarakterizə edən məsələlərlə bağlı təşəbbüskarlıq da göstərməlidirlər», - deyə o vurğulayıb.

M.Dəmir fikrini Dünya Qəzetçilər Federasiyasının həyata keçirdiyi Türkdilli Ölkələrin Sənədli Filmlər Festivalı layihəsi üzərində cəmləşdirib. O bildirib ki, festivala filmlərin qəbulu prosesi bu il avqustun 12-də başa çatacaq. Toplanmış ekran əsərlərinin qiymətləndirilməsi aparılacaq. Qalib filmlər türk dünyasının müxtəlif yerlərində nümayiş olunacaq.

M.Dəmir həmin filmlərin Azərbaycanda da nümayişinin əhəmiyyətini vurğulayıb və bu baxımdan Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib. Görüşdə mövcud xüsusda nəzərdə tutulan fəaliyyətin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

 


 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »