Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının və «Vergilər» qəzetinin keçirdiyi fərdi jurnalist yazıları müabiqəsinin qaliblərinin adları açıqlanıb

«Heydər Əliyev və Azərbaycanda vergi siyasəti» mövzusundakı müsabiqə

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Vergilər Nazirliyinin «Vergilər» qəzetinin birgə elan etdiyi «Heydər Əliyev və Azərbaycanda vergi siyasəti» mövzusundakı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda müxtəlif istiqamətlərdə əldə olunan yüksək tərəqqi bilavasitə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət xəttinin nəticəsidir. Bu baxımdan onun rəhbərliyi altında aparılmış vergi siyasətini xüsusi vurğulamaq lazımdır: «Vergi islahatları özünün dinamizmi və beynəlxalq standartların tətbiqi ilə böyük uğur qazanıb və hazırda Azərbaycan çevik vergi modelinə malik ölkədir. Bu model sahəni tənzimləməyə imkan verir ki, mövcud prosesin idarə olunmasında Vergilər Nazirliyi özlüyündə olduqca effektiv sistem kimi çıxış edir. Nazirlik Heydər Əliyevin müəyyənləşdirdiyi xətti daim rəhbər tutaraq fəaliyyət göstərir. Bu gün burada toplaşmağımız da həmin xəttə sadiqliyin bir nümunəsidir. Nazirliyin «Vergilər» qəzeti Mətbuat Şurası ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi keçirib. Həmin müsabiqənin qaliblərinin adları məlumdur. Belə qərara gəlmişik ki, müsabiqəyə yazı verən hər kəs mükafatlandırılsın. Buna görə də mən hamını təbrik edirəm».

«Vergilər» qəzetinin baş redaktoru Anar Əliyev çıxışında müsabiqə ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, həyata keçirilmiş təşəbbüsdən məqsəd Azərbaycanın müasir vergi sistemi ilə bağlı yenilikərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir. Müsabiqə üç istiqaməti əhatə edib ki, bunlardan birincisi «Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti» adlanırdı. Həmin istiqamət üzrə 20 yazı təqdim olunmuşdu. «Nağdsız ödəniş sisteminin inkişaf istiqamətləri» adlı ikinci istiqamət üzrə təqdim olunan yazıların sayı 12 idi. Eyni sayda yazı üçüncü - «Əmək müqaviləsi: gələcəyə təminat» istiqaməti üzrə verilmişdi.

A.Əliyev müsabiqəyə ümumilikdə 44 yazının təqdim olunduğunu vurğulayıb. «Üç istiqamətin hər biri üzrə birinci, ikinci və üçüncü yeri tutanlar mükafatlandırılır. Öncə 10 həvəsləndirici mükafat nəzərdə tuturduq. Sonradan belə qərara gəldik ki, müsabiqədə iştirak edən digər jurnalistlərə də həvəsləndirici mükafat təqdim edilsin», - deyən A.Əliyev «Vergilər» qəzetinin gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, «Heydər Əliyev və Azərbaycanda vergi siyasəti» mövzusundakı müsabiqədə istiqamətlərə uyğun olaraq üç I, üç II və eyni sayda III yeri tutan jurnalistlərin hər birinə müvafiq olaraq 800, 500 və 300 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. 35 jurnalist həvəsləndirici mükafata layiq görülüb.

Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti

1-ci yer- Elnur Hacalıyev “Azərbaycan” qəzeti

2-ci yer - Mübariz Bayramov “Mövqe” qəzeti

3-cü yer - Azər Abdullayev“Astaranın Səsi” qəzeti

Nağdsız ödəniş sisteminin inkişaf istiqamətləri

1-ci yer - Fərəh Sabirqızı ”Baku-Post” qəzeti

2-ci yer - Vaqif Bayramov,”Xalq qəzeti”

3-cü yer-  Elxan Salahov - “Həftə İçi”qəzeti

Əmək müqaviləsi: gələcəyə təminat

1-ci yer - Şaiyəddin Əliyev -“Üç nöqtə” qəzeti

2-ci yer- Müşfiq Cəfərov -“Respublika” qəzeti

3-cü yer-Lalə Mehralı -”Gündəlik Teleqraf” qəzeti

Həvəsləndirici mükafat - 35 nəfər.



15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »