Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının nekroloqu

Tanınmış jurnalist, yazıçı və kino xadimi Cəmil Əlibəyov 84 yaşında vəfat edib

Dünən tanınmış jurnalist, yazıçı və kino xadimi Cəmil Əlibəyov 84 yaşında vəfat edib. O, 1927-ci il dekabrın 5-də Fizuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdi. 21 yaşında Azərbaycan Dövlət Univeristetinin filologiya fakültəsinin şərqşünaslıq şöbəsini bitirsə də, həyatını bütövlükdə sənətə - yaradıcılığıa həsr etdi.

Gənc filoloq sınaq yolu ilə “Azərbaycan gəncləri” qəzetinə işə qəbul olundu. Onun müxtəlif janrlarda qələmə aldığı yazılar oxucular tərəfindən daim maraqla qarşılanırdı. Çünki gənc Cəmil məqalələrində həyatı, müasir prosesləri, insanların duyğu və düşüncələrini publisistikanın dili ilə cəmiyyətə çatdırırdı. Məhz bunun nəticəsi idi ki, 1970-ci ildə daha məsul işə - dövlət vəzifəsinə irəli çəkildi. Azərbaycan Respublikası Radio və Televiziya Verlişləri Komitəsinin sədr müavini təyin edildi. 4 il sonra isə C. Əlibəyova “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik həvalə olundu. Bu təyinat kinostudiyanın fəaliyyətində kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə özünü biruzə verdi. Milli kinomuzun qızıl fonduna daxil olan “Dədə Qorqud”, “Babək”, “Dərviş Parisi partladır”, “Tütək səsi”, “Qaynana”, “Papaq” və s. bədii filmlər məhz həmin dövrün məhsullarıdır.

Cəmil Əlibəyovun 1984-cü ildən sonrakı həyatı əsasən, naşirliyə və jurnlistikaya həsr olunub. Bu qayıdış milli mətbuatımız üçün də bir növ tövhəyə bənzəyirdi. Azərbaycan Dövlət Nəşriyyatına, “Yazıçı”, “Elm və həyat” nəşriyyatlarına və eləcə də “Kommunist” (“Xalq qəzeti”) qəzetinə rəhbərliyi onun yüksək təşkilatçılıq bacarığı ilə yanaşı, tükənməz enerjiyə malik şəxs kimi də keyfiyyətlərinin bir daha təsdiqinə çevrildi. “Sınaq”, “Mənim analı dünyam”, “Dözümlü məhəbbət” romanları, “Qayaların göz yaşı” povesti Moskvada da yayılaraq, geniş oxucu kütlələrinə çatdırıldı. Azərbaycan oxucusu isə bu əsərlərlə yanaşı, “Dünyanın o biri ucu”, “İlk məhəbbət” romanlarını və s. əsərlərini bu günün özündə də sevə-sevə mütailə etməkdədir. Əsərləri Azərbaycan Milli Akademik və Dram teatrında tamaşaya qoyulan Cəmil Əlibəyovun səyahət oçerkləri də zəngin irsini təşkil etməkdədir.

Cəmil müəllim şərəfli, nəsillərə örnək bir ömür yaşadı. Azərbaycan oxucusuna zəngin əsərlərini miras qoydu. 

Allah rəhmət eləsin, ruhu şad olsun!

Azərbaycan Mətbuat Şurası


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »