Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında ölkənin futbol ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

Ölkə futbolunun100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərə yekun vurulub

Mətbuat Şurasında ölkənin futbol jurnalistlərinin iştirakı ilə «dəyirmi masa» keçirilib. Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş toplantı MŞ-nin Bakı Futbol Federasiyası ilə birgə bu əlamətdar tarix münaisbətilə həyata keçirdiyi təşəbbüs çərçivəsində baş tutub.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, 100 yaşını qeyd edən Azərbaycan futbolu özünəməxsus inkişaf yolu keçib. Ötən müddət ərzində futbol yüz minlərlə vətəndaşın ürəyinə əbədilik yol tapıb: «Bu gözəl oyunun insanlara sevdirilməsində onun təbliği ilə məşğul olan qələm sahiblərinin rolu xüsusi vurğulanmalıdır. Bu gün onların böyük əksəriyyəti burada bizimlədir. Lakin haqq dünyasına qovuşanlarımız da var. Onların adlarını çəkmək istərdim, Oqtay Atayevin, Mirpaşa Miriyevin, Valid Sənaninin, Elman Cəfərlinin, Firdovsi Zamanovun, Adil Qaçayoğlunun, Alim Malikoğlunun və başqalarının xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edirəm».

Tədbiri idman mövzusunda yazan jurnalistlərin gənc və yaşlı nəslinin vəhdəd nümayişi kimi dəyərləndirən Ə.Amaşov vurğulayıb ki, Mətbuat Şurası və Bakı Futbol Federasiyası Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə bu toplantını düzənləyərkən ilk növbədə ömrünü-gününü futbola həsr etmiş qələm sahiblərinin əməyinin qiymətləndirilməsini nəzərdə tutub. «Lakin birgə fəaliyyətimiz təkcə bununla məhdudlaşmayıb. Bildiyiniz kimi, ölkə futbolunun 100 illiyi münasibətilə jurnalistlərin polislər və Milli Məclisin deputatları ilə yoldaşlıq görüşləri keçirilib. Maraqlıdır ki, hər iki görüş eyni hesabla nəticələnib. Birincidə polislər jurnalistlərdən 5:4 hesabı ilə üstün olsalar da, ikincidə qələm sahiblərimiz parlament üzvləri üzərində qələbə qazanıblar».

Bundan sonra idman jurnalistikası sahəsində xüsusi xidmətləri olan qələm sahiblərinin mükafatlandırılması mərasimi başlayıb. Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə 33 nəfərin mükafatlandırılacağı barədə məlumat verərkən bu rəqəmin seçilməsi səbəblərinə də aydınlıq gətirib: «Bu rəqəm təsadüfən seçiməyib. Vaxtilə 33 ən yaxşı futbolçunun müəyyənləşdirilməsi ənənəsi var idi. Bu gün isə biz qərara aldıq ki, 33 ən yaxşı jurnalisti müəyyənləşdirək. Laureatlar həm yaşlı, həm də gənc nəslin nümayəndələri sırasından seçilib», -deyə o bildirib.

Toplantıda futbol mövzusunun işıqlandırılmasında xidmətləri ilə fərqlənən jurnalistlərə Mətbuat Şurasının fəxri doplumu və AFFA-nın xatirə hədiyyələri təqdim edilib. Tədbirin reqlamentinə uyğun olaraq hər bir laureat şəxs barədə onun həmkarı qısa xarakteristik nitqlə çıxış edib. Sonda MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov məlumat verib ki, idman mövzusunda yazan veteran jurnalistlər məclisə üzv qəbul olunublar.

Bununla da Azərbaycan Mətbuat Şurası və Bakı Futbol Federasiyasının ölkə futbolunun100 illiyi münasibətilə keçirdiyi silsilə tədbirlərə yekun vurulub.

Мükafatlandırılan veteran jurnalistlərin və KİV təmsilçilərinin siyahısı:

Aqşin Kazımzadə
Şamil Şahmmədov
Oqtay Bayramov
Altay Zahidov
Çingiz İsmayılov
Aydın Əliyev
Faiq Rəcəbli
Şakir Yaqubov
Elnur Əşrəfoğlu
Yaqub Nuriyev
Ceyhun Şərifov
Mahir Süleymanov
Fikrət Adıgözəlli
Abbas Əzimov

Mahir Rüstəmli - «Futbol+» qəzeti
Nurşən Quliyev - Azəri Press Agentliyi
Emin Abbasov - «Xəzər» TV
Gündüz Abbaszadə - «ANS» TV
Şahin Oğuz - «Futbol+qol» qəzeti
Rəşad Ergün - «Komanda» qəzeti
Murad Fərzəliyev - «Olimpiya dünyası» qəzeti
Mikayıl Nərimanoğlu - «Futbol dünyası» qəzeti
Ürfan Məmmədli - «Çempion» qəzeti
Elman Himayətoğlu - İTV
Tural Xudiyev - «Space» TV
İlkin Fikrətoğlu - ATV
Aydın Bağırov - «525-ci qəzet»
Elşən Məmmədov - «Lent.az» saytı
Qabil Mehdiyev - «İdman» qəzeti
Ceyhun Rzayev - «Xəzər» TV
Rövşən Binnətli - «Lider» TV
Vüqar Zeynalov - «Zerkalo» qəzeti
Seymur Səfərli - «Futbol+qol» qəzeti



15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »