Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Almaniyanın DAPD İnformasiya Agentliyinin direktoru ilə görüşüb

Əflatun Amaşov Almaniyanın ölkəmizdə səfərdə olan DAPD İnformasiya Agentliyinin direktoru Aleksandr Todosiyçukla görüşüb

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Almaniyanın ölkəmizdə səfərdə olan DAPD İnformasiya Agentliyinin direktoru Aleksandr Todosiyçukla görüşüb.

Rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə söhbət açan A. Todosiyçuk bildirib ki, agentliyin dünyada 32 müxbir postu fəaliyyət göstərir. Qurum gün ərzində 600 xəbər, 800 foto, 20 telereportaj hazırlayır. O, Qafqazın, xüsusən də Azərbaycanın DAPD üçün informasiya baxımından mühüm bölgələr olduğunu vurğulayaraq gələcəkdə ölkəmizdəki media qurumları ilə əməkdaşlığın qurulmasına və möhkəmləndirilməsinə böyük maraq göstərdiklərini deyib.

Ə.Amaşov Şuranın başlıca fəaliyyət istiqamətləri barədə məlumat verib. O, MŞ dünyanın bir sıra nüfuzlu media orqanları ilə əlaqələrinin mövcudluğunu önə çəkərək bunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və qərəzsiz çatdırılmasında müstəsna önəm daşıdığını vurğulayıb. «Bu baxımdan Almaniya kimi klassik media ənənələri olan ölkənin nüfuzlu informasiya agentliyi ilə Azərbaycanın kütləvi informasiya vasitələrinin, eləcə də media təşkilatlarının əməkdaşlığı zəruridir. Düşünürəm ki, bu, həm də təcrübə mübadiləsinə, ölkənin media sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsində dəstək nöqteyi-nəzərdən də vacibdir», - deyə o bildirib.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »