Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
60-a çatmayan ömür

Azərbaycan Mətbuat Şurasının nekroloqu

Azərbaycanın tanınmış jurnalisti, media təmsilçilərinin yaxın dostu, səmim insan Süleyman Osman oğlu İsaqov iyunun 5-də sübh tezdən dünyasını dəyişib. Cəmi bir il də yaşasaydı dostları, doğmaları, həmkarları ilə 60 illik yubileyi qeyd olunacaqdı. Lakin ölüm uzun müddət ürək xəstəliyindən əziyyət çəkən gözəl insanı sıralarımızdan apardı. Bu, Süleymanın ünsiyyətdə olduğu hər bir şəxs üçün, bütövlükdə mətbuatımız üçün əvəzsiz itkidir. 

Onu hamı sadəcə Süleyman Osmanoğlu kimi tanıyırdı. Zəngin bioqrafiyası, yaradıcılıq yolu barədə danışmağı sevmədiyindən yalnız təfərrüatlarına bələdçilikdən sonra necə vətənpərvər, mehriban olduğunu, sözə, sənətə bağlılığını və sayğılılığını bilirdin. Süleymanı həmkarlarının əksəriyyətindən fərqləndirən orijinal cəhətlərdən biri də başqalarını ovundurmaq, verdiyi təsəllini xəfif təbəssümlə yekunlaşdırmaq idi.

S.Osmanoğlu 10 iyun 1952-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya gəlmişdi. Məşhhur sənət adamları ilə tanınan bu yurdda boya başa çatan gəncin jurnalistikaya, poeziyaya bağlılığının səbəbləri sırasında bu amilin rolu danılmaz idi. Üç kitab müəllifi S.Osmanoğlu diqqəti çəkən poetik nümunələri seçilsə də, nadir halda şeirlərini hər hansı məclisdə, toplantıda səsləndirərdi. Belə təvazökarlığın arxasında dayanan istedada şair və tənqidçilərin fikirləri bələdçilik edir.

Süleyman ali pedaqoji təhsil almışdı, üç il Tovuz rayonunda müəllim işləmişdi. Fəqət o, özünü mediadan ayrı təsəvvür edə bilmirdi. Hələ orta məktəbdə oxuyarkən yazıları “Bakı” və “Azərbaycan gəncləri” qəzetlərində işıq üzü görürdü. Təyinat müddəti bitən gəncin Azərbaycan Dövlət Radiosunda işə götürülməsi onun istedadından qaynaqlanan etimad idi. Bu, Süleymanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın müstəqilliyi uğrunda milli mücadilədə onun da mübarizlərin ön sıralarında olması Vətən, xalq sevgisindən irəli gəlirdi. “Fövqəladə vəziyyət” və “Yurd” kimi populyar qəzetlərin işıq üzü görməsində xidmətləri az deyildi.

S.Osmanoğlu “Proqnoz” qəzetinin təsisçisi və baş redaktoru idi. Bunadək müxtəlif vəzifələr daşıdığı “Azadlıq”, “Müxalifət”, “Ekspress” və “Günaydın” qəzetlərinin hər birinin fəaliyyətində silinməz izləri qalıb. “Proqnoz”a gəldikdə isə bu nəşri də təşkilatcılıq bacarığı, publisistik yazıları ilə ölkə oxucularına yaxından tanıda bilmişdi. Qəzet Azərbaycan Mətbuat Şurasının təsisçilərindən biri kimi qurumun bütün tədbirlərində yaxından iştırak edir.

Süleyman Osmanoğlunun jurnalist kimi çoxillik zəhməti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdi. O, milli mətbuatımızın 130 illik yubileyi münasibəti ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.

S.Osmanoğlu 59 il yaşadı. Ömrünün 30 ildən çoxunu mətbuat, jurnalistikaya sərf etdi. Haqq dünyasına isə onu tanıyanları, qələminə, yaradıcılığına, yüksək insani keyfiyyətlərinə bələd olanların rəğbətini apardı.

Rahat yat, qəbrin nurla dolsun!

Azərbaycan Mətbuat Şurası


 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »