Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Jurnalistika fakultələrinin magistr pilləsinə qəbulla bağlı bakalavrların qeydiyyatı başlanır

-

Proses 2015-ci il martın 19-dan 29-dək aparılacaq

Azərbaycan Mətbuat Şurası yaxın günlərdə jurnalistika üzrə magistraturaya qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində Qabiliyyət imtahanı komissiyasının üzvləri kimi iştirak etməsi nəzərdə tutulan ekspertlərin siyahısını və onlarla bağlı zəruri məlumatları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edəcək.

 

Ali məktəblərin jurnalistika fakultələrinin magist pilləsində təhsil almaq istəyən və 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayan bakalavrların qeydiyyatı 2015-ci il martın 19-dan 29-dək aparılacaq. Bunun üçün onlar TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmalıdırlar. Məsələ ilə bağlı prosedur qaydalar və proqramlar Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi orqanı olan “Magistr” jurnalının 2015-ci ildə çapdan çıxmış 3-cü sayında dərc edilib.

 

Xüsusi olaraq qeyd edirik ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq magistr pilləsindəki təhsillərini jurnalistika ixtisası üzrə davam etdirə bilərlər.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »