Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Vilnyusda ATƏT-in təşəbbüsü jurnalist təhlükəsizliyinin vəziyyətinə həsr olunmuş iki günlük beynəlxalq konfrans başa çatıb

Mətbuat Şurasının sədri tədbirdə çıxış edib

İyunun 7-8-də Litvanın paytaxtı Vilnyusda ATƏT-in təşəbbüsü ilə quruma üzv ölkələrdə jurnalist təhlükəsizliyinin vəziyyətinə dair keçirilən beynəlxalq konfrans başa çatıb. Tədbirdə ölkəmizdən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı və Repartyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov iştirak edib. 

MŞ sədri Ə.Amaşov konfransdakı çıxışında rəhbərlik etdiyi qurumun media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindəki rolundan danışıb. Şuranın əsas missiyasının cəmiyyətin müxtəlif təbəqələrindən daxil olan şikayətlərin araşdırılması olduğunu deyən Ə.Amaşov jurnalist təhlükəsizliyi məsələsini önəmli cəhət kimi vurğulayıb: “Hər bir cəmiyyət üçün jurnalist təhlükəsizliyi mühüm amildir. Medianın sərbəst fəaliyyət göstərməsi, məlumatları qərəzsiz və obyektiv çatdırması bundan da əsaslı surətdə asılıdır. Buna görə də Mətbuat Şurası məsələni daim diqqətdə saxlayır, mövcud istiqamətdəki tendensiyaları yaxından izləyir”, - deyən MŞ sədri diffamasiya ilə bağlı qanunun vacibliyini jurnalist təhlükəsizliyinin aspekti kimi dəyərləndirib. O, Şuranın təşəbbüsü, ATƏT-in Bakı ofisinin yaxından dəstəyi ilə Azərbaycanda diffamasiya haqqında qanun layihəsinin hazırlandığını, sənəd ətrafında geniş müzakirələrin keçirildiyini, layihənin ölkə parlamentinə təqdim olunduğunu vurğulayıb: “Mətbuat Şurası 2010-cu ili “Diffamasiya ili” elan etmişdi. Məhz həmin ilin martında Şura ATƏT-in Bakı ofisi ilə birgə layihəsinə start verdi. İlk mərhələdə jurnalistlərin peşə davranışı qaydalarının daha təkmil variantını hazırladıq. Nəzərə aldıq ki, diffamasiya mühiti jurnalistlərdən peşə vəzifələrinə daha məsuliyyətli yanaşma tələb edir. Buna görə də əvvəlcə peşə etikasına riayətin vacibliyinə dair bir növ, mesaj verdik. İkinci mərhələdəki işimiz isə qanunun hazırlanması idi ki, bunu da yerinə yetirdik. Əminəm ki, tezliklə sənəd qanunvericilik aktı kimi rəsmi təsdiqini tapacaq”.

Qeyd edək ki, konfransda ATƏT-ə üzv ölkələrdə söz və mətbuat azadlığının durumuna nəzər salınıb, jurnalist təhlükəsizliyinə maneə törədən faktlar barədə diskussiyalar gedib, mövcud istiqamətdə yerli hakimiyyət orqanlarının və jurnalist təşkilatlarının üzərinə düşən missiya ətraflı müzakirə olunub. Toplantıda habelə media qununvericiliyinin vəziyyətinə, məhkəmə sisteminin media ilə əlaqədar proseslərə baxma təcrübəsinə dair fikir mübadilələri aparılıb.

Konfrans çərçivəsində eyni zamanda Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin təşəbbüsü ilə əlavə toplantı da təşkil olunub.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »