Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Qubada «Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda konfrans keçirilib

-

Tədbir Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində baş tutub

Sentyabrın 11-də Qubada Heydər Əliyev Mərkəzində «Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda konfrans keçirilib. Yerli və ətraf bölgələrin kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin qatıldıqları toplantı Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək» layihəsi çərçivəsində baş tutub

Konfransı giriş sözü ilə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov açaraq Azərbaycan ədəbi dilinin qorunmasının vacibliyini əsaslandırıb. O, təmsil olunduğu dövlət qurumunun da məsələyə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Ümumən mövzuya daha peşəkar şəkildə yanaşılmasının zəruriliyindən bəsh edən Y.Abidov tədbirin bu baxımdan əhəmiyyətli olacağına inamını bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramından söz açmaqla başlayıb. O bildirib ki, sənədə əsasən bir çox təşkilatlar kimi, Azərbaycan Mətbuat Şurasının üzərinə də mühüm missiya düşür. Şura bu missiyanı gerçəkləşdirmək üçün artıq neçə ildir Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə layihə gerçəkləşdirməkdədir:«Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində tematik toplantılar təşkil olunur. Həmçinin ölkənin aparıcı, ictimai rəyə təsir göstərən KİV-lərinin monitorinqi də aparılır. Ümumən çalışırıq ki, cəmiyyət içərisində ədəbi dilin qorunması məsələlərinə münasibətdə aktivlik yaradaq. Media fəaliyyəti isə həssasdır. Bir çox hallarda ədəbi dilin pozulması halları KİV-lərdə müşahidə olunur. Buna görə də ilk növbədə media fəaliyyətinin müxtəlif aspektlərini müzakirə edəcəyik. Hesab edirik ki, Quba bu baxımdan əhəmiyyətli bölgələrimizdəndir. Rayonda 5 qəzet işıq üzü görür, televiziya kanalı fəaliyyət göstərir». 

MŞ-nin KİV-lərin ana dilinə riayət sahəsində həyata keçirdiyimonitorinqin qrup rəhbəri, «Xalq qəzeti»nin şöbə müdiri İlhamAbbasov çıxışında mətbuatımızda ana dilindən istifadə ilə bağlı  konkret pozuntu faktlarından söz açıb. O bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qəbul edilən dövlət sənədləri içərisində ədəbi dilin qorunmasına yönələn fərman və sərəncamlar üstünlük təşkil edir. Bu, Azərbaycan dövlətinin məsələyə verdiyi önəmin nəticəsidir. “Belə sənədlərin sayı 20-dən artıqdır. Ancaq onu da xüsusi vurğulamalıyıq ki, Ulu Öndər Heydər Əliyev hələ 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycandilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu. Onun müəllifi olduğu 1995-ci il konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi yenidən təsdiqləndi”, - deyən İ.Abbasov KİV-lərdə pozuntu faktlarını doğuran səbəblərdəqəzetçilik texnologiyasına bələd olmamanı və qələmə alınan sahədən xəbərsizlik hallarınını vurğulayıb.

Qubada işıq üzü görən “Şəfəq” qəzetinin baş redaktoru, əməkdar jurnalist Qəhrəman Qasımov Azərbaycan dilinin imkanlarının geniş olduğunu vurğulayıb. Bu baxımdan KİV-lərin bir sıra əcnəbi dillərdəki sözlərdən yerli-yersiz istifadəyə maraqlı olduqlarından narahatlığını ifadə edib. Belə xoşagəlməz halların aradan qaldırılması üçün ictimaiyyətin də dəstəyinin önəmliliyinə diqqət çəkən baş redaktor bildirib ki, MŞ-nin layihəsi bu baxımdan vacibdir.

Konfransda çıxış edənlər mövzunun aktuallığını vurğulayaraq iş təcrübələrində rastlaşdıqları bir sıra məqamlardan söz açıblar. Konfrans qarşılıqlı fikir mübadilələri şəraitində davam etdirilib.

Qeyd edək ki, MŞ-nin «Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək» layihəsi çərçivəsindəki ilk tədbiri ötən ay Lənkəranda baş tutmuşdu.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »