Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. 

***

2017-ci ildə görülmüş işlərə dair hesabat

Gündəlikdəki birinci məsələ Azərbaycan Mətbuat Şurasının 2017-ci ildə gördüyü işlərə dair hesabatının müzakirəsi olub. Bununla bağlı sədr Ə.Amaşov çıxış edərək bildirib ki, Azərbaycan Mətbuat Şurasına 2017-ci ildə 602 müraciət qeydə alınıb. Bunlardan 171-i kütləvi informasiya vasitələrinin, o cümlədən internet xəbər portallarının fəaliyyətindən yazılı, 203-ü şifahi şikayətlərdir. 

Daxil olan 171 şikayətin 88-nə bilavasitə Şuranın Katibliyində baxılıb. 88 şikayətin 35-i ilə əlaqədar şikayət müəllifi ilə müvafiq izahat işi aparılıb. 53 şikayət üzrə şikayətçi və cavabdeh tərəf Şuraya dəvət edilib və məsələnin həlli ilə bağlı Katiblik tərəfindən təqdim edilmiş variantlar tərəfləri qane etdiyindən məsələ bitmiş hesab olunub. 

Daxil olan 171 şikayətdən 83-ü Mətbuat Şurasının müvafiq komissiyalarında araşdırılıb. Bu baxımdan Şikayətlər üzrə Komissiyanın və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyəti vurğulanmalıdır. 

Şikayətlər üzrə Komissiyada baxılan 83 şikayət üzrə çıxarılmış 27 rəydə cavabdeh tərəfin peşə müstəvisində yol verdiyi nöqsanlar vurğulanmaqla yanaşı, məsələnin eyni zamanda “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirəsi məqsədəuyğun sayılıb. 

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılmış 27 şikayətdən 18-də məsələ ilə bağlı araşdırılmaların davam etdirilməsi rəyinə gəlinib. 9 rəydə isə cavabdeh KİV-in adının Şuranın “qara siyahı”sına daxil edilməsi əksini tapıb. 

Şikayətlər üzrə Komissiyanın 83 rəyindən 56-da çıxarılmış rəy konkret məsələ üzrə yaranmış mübahisənin həllini nəzərdə tutub. Bunlardan 11-də şikayətçi tərəfin arqumentlərinin əsassızlığı əksini tapıb. Digər 45 rəydə isə cavabdeh KİV-in “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın hansı prinsip və bəndlərini pozduğu müəyyənləşdirilib. 

Peşə davranışı qaydalarının pozulmasındakı xarakterik xüsusiyyətlərin, Mətbuat Şurasının çıxardığı qərar və rəylərin nələri nəzərdə tutduğunun, Şuranın tədbirlərinin, dövlət proqramından irəli gələrək gördüyü işlərin və digər məsələlərin əksini tapdığı hesabat səsə qoyularaq qənaətbəxş qiymətləndirilib. 

Qeyd edək ki, hesabatın tam mətni Mətbuat Şurasının rəsmi internet səhifəsində yerləşdiriləcək. 

***

Azərbaycan jurnalistlərinin VII qurultayı 

Gündəlikdə duran ikinci məsələ Azərbaycan jurnalistlərinin VII qurultayı ilə bağlı müzakirə olub. MŞ sədri Ə.Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil edilirlər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. 

Müzakirələrdən sonra ölkə jurnalistlərinin VII qurultayının mart ayının 10-da keçirilməsi barədə qərar qəbul edilib. Qərara əsasən Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər. 

Məlum olduğu kimi, Şuraya üzv təşkilatlar üzərindəki əsas məsuliyyət quruma üzvlük haqlarının ödənilməsidir. İclasda qəbul olunan qərara görə, üzvlük haqlarını ödəməyən üzv təşkilatların qurultayda iştirakına yol verilməyəcəkdir. 

Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvü seçiləcəkdir. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-ı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını, ehtiyat üzvlərdən 2-i jurnalistləri, 2-i ictimaiyyəti, 1-i internet informasiya resursların təmsil edəcəkdir. 

Təşkilat Komitəsi tərəfindən üzv təşkilatlara anketlər təqdim ediləcəkdir. Üzv təşkilatlar anketlərə ümumilikdə 17 namizəd adı daxil edəcəklər ki, bunlardan 8-i jurnalist, 6-ı ictimaiyyət nümayəndəsi, 3-ü isə internet informasiya resursu təmsilçisi olacaqdır. Anketlər toplandıqdan sonra 24-ü jurnalistlərdən, 18-i ictimaiyyət nümayəndələrindən və 9-u internet informasiya resurslarından olmaqla ən çox səs toplamış 51 namizədin adı səsvermə bülleteninə daxil ediləcəkdir. Qurultayda İdarə Heyətinin tərkibi də məhz həmin 51 nəfərin içərisindən seçiləcək. Ən çox səs toplamış 8 jurnalist, 6 ictimaiyyət nümayəndəsi, 3 internet informasiya resursu təmsilçisi MŞ-nin İdarə Heyətinin tərkibini təşkil edəcək. 

Qurultayda eyni zamanda Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 3 nəfər əsas, 1 ehtiyat üzvdən ibarət tərkibi də seçiləcəkdir. 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »