Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Tofiq Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilib

-

Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə mətbuatımızın görkəmli simalarından biri Tofiq Rüstəmovun anadan olmasının 80 illiyinə həsr olunmuş mərasim keçirildi.

Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan yubiley mərasimini giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Tofiq Rüstəmovun keçdiyi həyat yolundan danışdı. O, qeyd etdi ki, Rüstəmov Tofiq Tağı oğlu 1936 - çı ildə Quba şəhərində anadan olub. 1953-cü ildə 1 nömrəli şəhər beynəlmiləl orta məktəbini bitirib. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin məzunudur. 1958 - 1960-cı illərdə dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nin Azərbaycan üzrə xüsusi müxbiri işləyib. 10 il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor vəzifəsində çalışıb, eyni zamanda universitetin qiyabi aspiranturasında təhsilini davam etdirib. Onun Azərbaycan radiosunda səslənən tərcümələri və orijinal verilişləri dinləyicilərin rəğbətini qazanıb. 1967-ci ildən Bakı Dövlət Universitetində elmi - pedaqoji fəaliyyətə başlayıb, partiya - sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi işləyib. 1979-cu ildə jurnalistika fakültəsinin dekanı seçilib. 1987-ci ildən tərcümə, televiziya və radio jurnalistikası kafedrasının professoru olub. 1989 - 1990 - cı illərdə Azərbaycan KP MK ideologiya şöbəsi müdirinin birinci müavini olub, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1990-1995-ci illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində işləyib. Tofiq Rüstəmov 1998-ci ildə vəfat edib.

Yubiley mərasimində Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli, tanınmış qələm sahibləri Aqşin Babayev, Flora Xəlilzadə, Firuz Mustafa, Tahir Aydınoğlu, Akif Rüstəmov, Şəmsiyyə Kərimova, Anar Vəziroğlu, Əntiqə Qonaqova, Gülcahan Mirməmmədli və başqaları çıxış edərək Tofiq Rüstəmovla bağlı xatirələrini söylədilər.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu günlərdə 80 yaşı tamam olmuş Mahmud Mahmudova xüsusi diplom təqdim etdi. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi Sevinc Tofiq qızı çıxış edərək ailə üzvləri adından Azərbaycan Mətbuat Şurasına, yibiley mərasiminə toplaşanlara minnətdarlığını bildirdi.

 

 d


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »