Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda KİV-lər arasında yazı müsabiqəsi

Müsabiqə elanı

 

Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə 5 aprel 2014-cü il tarixindən etibarən “Əli bəy Hüseynzadə və türk dünyası”  mövzusunda KİV-lər arasında yazı müsabiqəsi keçirir.

I. Müsabiqənin məqsədi

Müsabiqənin məqsədi türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynamış, müstəqil milli dövlətçilimizin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak etmiş Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq dahi mütəfəkkirin həyat və fəaliyyətinin işıqlandırılmasına və təbliğinə yönələn tədbirlərə dəstək verməkdir. Müsabiqədə qoyulan məqsədə çatmaq üçün aşağıdakı prioritet vəzifələr müəyyənləşdirilir:

1.    Əli bəy Hüseynzadənin Azərbaycan və Türk dünyasındakı roluna dair KİV-lərin materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmaq;

2.    Milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından mühüm əhəmiyyət kəsb edən mövzunu hər zaman diqqətdə saxlamaq;

3.    Əli bəy Hüseynzadə irsi ilə bağlı yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmaq.

II. Müsabiqə şərtləri

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər.

1.    Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

2.    Materialların mövzunu əhatə etmə səviyyəsi;

3.    Faktlardan istifadə xüsusiyytələri;

4.    İfadə vasitələrinin zənginliyi;

5.    Oxucu üçün informasiyalılıq dərəcəsi.

Müsabiqəyə 2014-cü ilin aprel ayının 5-dən 30-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Nəzərdə tutulan həcmdən artıq yazılar qeydə alınmayacaq;

Yazıda “Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy Hüseynzadə və Türk Dünyası” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil.

III. Yazıların təqdim edilməsi

Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır.

Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın nüsxəsi, informasiya saytında verilibsə, bunu təsdiqləyən link təqdim edilməlidir.

Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.

Yazılar 2014-cü ilin aprel ayının 5-dən 30-dək hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 (köhnə Teymur Əliyev küçəsi 38) ünvanında - Azərbaycan Mətbuat Şurasının ofisində qəbul ediləcək.

IV. Mükafatlandırma

Müsabiqədə 1 birinci,  2 ikinci və 3 üçüncü yer, həmçinin 6 həvəsləndirici mükafat nəzərdə tutulub.

I yer - 800 manat;

II yer - 500 manat;

III yer - 300 manat.

Həvəsləndirici mükafat – 100 manat

Müsabiqə laureatlarının adları 3 may Türkçülük günü ərəfəsində açıqlanacaq.

Əlaqə telefonu:      (012) 441 35 96
(050) 534 93 26
(050) 623-26-88



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »