Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Gəncədə jurnalistin həyat və yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib

-

Bu günlərdə Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin Gəncəbasar bölməsində cəmlənmiş yaşlı yazarlar və qədirbilən oxucular jurnalist Qasım Qırxqızlının anım gününü qeyd ediblər. Uzun illər “Xocalının səsi” qəzetində mərhumla birgə çalışmış şairə-publisist Mahirə Kərimova unudulmaz iş yoldaşının ağrı-acılı həyat yolundan, ciddi jurnalistikaya bağlılığından danışıb.

Ahıl Jurnalistlər Məclisi Gəncəbasar bölməsinin rəhbəri, əməkdar jurnalist, Prezident təqaüdçüsü Əhməd İsayev illər boyu yaxın münasibətdə olduğu qələm dostunun qəzetçilik fəaliyyətindən söz açaraq bildirib ki, Qasım Qırxqızlı 1945-ci ilin dekabr ayında Laçın rayonunda anadan olub. Qarabağ müharibəsindən əvvəl bu bölgədə çalışıb. Cəmirli kənd məktəbinin direktoru, Kərkicahan qəsəbə sovetinin sədri olub. Qarabağ müharibəsində iştirak edib. 1992-ci ildə məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşandan ömrünün sonuna kimi “Xocalının səsi” köçkün qəzetinin redaktoru olub. “Tərəqqi” medalına və ”Qızıl qələm” mükafatına layiq görülüb.

Mərasimdə bildirildi ki, köçkünlükdə fəaliyyət göstərən Xocalı rayonunun imkanları məhdud olduğundan Qasım müəllim qəzeti böyük çətinliklə qohumların, dost-tanışların köməyi ilə çıxarıb. Xocalılarının arzu-istəklərinə, dərd-sərinə qədərincə bələdçilik edib. Şəhid şəhərin tarixi barədə yazıları, üzləşdiyi soyqırım haqqında xarici və daxili mətbuatdakı materialları toplayıb ardıcıl olaraq oxuculara çatdırıb. O, çoxsaylı məqalələrin və sənədli məcmuələrin, 12 kitabın müəllifi olub.

Ömrü Xocalı köçkünlərinin məskunlaşdığı müxtəlif ünvanlarda keçən cəfakeş jurnalist 2015-ci il oktyabrın 30-da Qarabağ ağrısı ilə dünyasını dəyişib. Tanışları və dostları onu həmyerlilərinin məskunlaşdıqları Göygöl rayonunun Lüləli kəndində dəfn ediblər.

Qədirbilən oxucular və etibarlı dostlar hazırda nakam jurnalist haqqında xatirə kitabı hazırlayırlar.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »