Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının sədri BSU-da tələbələrlə görüşüb

-

Oktyabrın 1-də Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakı Slavyan Universitetində (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. BSU-nun Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfər Məmmədov qonağı salamlayaraq tələbələrlə belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini bildirib. S.Məmmədov Azərbaycan jurnalistikası üçün peşəkar kadrların yetişdirilməsində BSU-nun rolunu xüsusi vurğulayıb.

Tələbələr qarşısında “Müasir medianın inkişaf xüsusiyyətləri və perspektivlər” mövzusunda mühazirə ilə çıxış edən Ə.Amaşov Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyəti, inkişaf istiqamətləri və gələcək layihələr barədə məlumat verib.

Çap mediası ilə bərabər hazırda elektron medianın sürətlə inkişaf etdiyini xatırladan Əflatun Amaşov mövcud sahədəki durumdan söz açıb: “XXI əsr informasiya əsridir. Statistik rəqəmlərə görə, hazırda Azərbaycanda əhalinin 70 faizinin internetə çıxışı var. Bu mənada insanların informasiya əldə etmək imkanları daha da genişlənir. Çap mediası ilə yanaşı, elektron KİV də sürətlə inkişaf edir. Yadınızdadırsa, bu ilin iyul-avqust aylarında cəbhə xəttində gərginlik müşahidə edildi. Məhz həmin ərəfədə bəzi media orqanlarının, xüsusilə internet saytların qeyri-peşəkar xəbər siyasəti diqqət çəkdi. Hərbi texnikaların hərəkəti, yerdəyişməsi və s. ilə bağlı verilən informasiyalar, yayılan məlumatlar böyük təcrübəsizliyin nəticəsi idi”.

Ə.Amaşov bildirib ki, bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzalayıb: “Sərəncamdan irəli gələn tapşırıqların icrası ilə əlaqədar Mətbuat Şurasının üzərinə mühüm vəzifələr düşür. Sənəddə qeyd edilir ki, Azərbaycan Mətbuat Şurasına tövsiyə olunsun ki, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etsin. Hesab edirəm ki, nəinki media nümayəndələri, hər bir vətəndaş üçün dövlətin təhlükəsizliyinin təmin edilməsi başlıca şərtdir”.

Mətbuat Şurasının sədri jurnalistikada peşəkarlığın artırılması sahəsində görülən işlərdən də bəhs edib. O bildirib ki, bu ildən jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi mövcud istiqamətdə atılan mühüm addımdır: “Mətbuat Şurası yeni layihələr həyata keçirmək niyyətindədir. Belə ki, jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə təqaüdlərin verilməsi, xüsusi proqram əsasında ildə 3-5 nəfərin Avropa universitetlərində təhsil alması, təcrübə keçməsini təmin etmək və s. gələcək perspektiv vəzifələr sırasındadır”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında jurnalistlər arasında peşəkarlıq səviyyəsinin artırılması, müxtəlif istiqamətlər üzrə ixtisaslaşma kimi məsələlərin əhəmiyyətini önə çəkib. O bu cür görüşlərin tələbələrin nəzəri və təcrübi biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »