Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Kaspi» qəzetinin 130 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçiriləcək

Tədbirdə «Üç əsrin qəzeti» kitabının da təqdimatı olacaq

Dekabrın 27-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində «Kaspi» qəzetinin 130 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutacaq toplantıya kütləvi informasiya vasitələri rəhbərləri, media ekspertləri, ictimai və rəsmi şəxslər qatılacaqlar.

Konfransda «Kaspi»nin Azərbaycan mətbuatında oynadığı tarixi rol, nəşrin 1918-ci ildə əldə edilən dövlət müstəqilliyimizin ideya bazasının formalaşmasındakı xidmətləri nəzərdən keçiriləcək, ölkəmizin ikinci dəfə suverenliyinə qovuşmasından sonrakı fəaliyyət istiqamətləri təhlil olunacaq.

Tədbirdə yubilyar nəşrlə bağlı yenicə çapdan çıxmış «Üç əsrin qəzeti» kitabının da təqdimatı olacaq. «Kaspi»nin 1881-ci ildən başlanan tarixinin, inkişaf yolunun və müasir dövrününün əksini tapdığı kitabda qəzetin yubiley münasibətilə bu il apelin 1-dən avqustun 31-dək mətbuat tarixinin araşdırmaçıları, ekspertlər və jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim olunan məqalələr yer alıb.

Qeyd edək ki, konfransda həmin müsabiqənin qaliblərinin mükafatlandırılmaları da nəzərdə tutulur


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »