Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Ekoloji mövzunun KİV-də işıqlandırılması ilə bağlı təlim proqramı hazırlanıb

Təşəbbüs Azərbaycan Mətbuat Şurasında Şuranın UNESCO-nun Moskva ofisi ilə birgə müqaviləsinə əsasən həyata keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın UNESCO-nun Moskva ofisi ilə birgə müqaviləsinə əsasən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində reallaşdırılan «Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması» layihəsi üzrə müzakirələr aparılıb. Müzakirələrdə başlıca mövzu jurnalistlər üçün hazırlanmış təlim proqramı olub.

Görüşdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Mətbuat Şurası, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun ekspert dəstəyi ilə hazırlanmış proqramın kifayət qədər dolğun olduğu, müasir təhsil və jurnalistika standartları ilə uzlaşdığı vurğulanıb. Eyni zamanda sənədin geniş ictimai müzakirəsinin təşkilinin də zəruri olduğu bildirilib. Bu məqsədlə sabah - 18 noyabr 2011-ci il tarixdə Azərbaycan Mətbuat Şurasında media ictimaiyyəti nümayəndələrinin iştirakı ilə «dəyirmi masa»nın təşkili qərara alınıb.

Qeyd edək ki, «Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması» layihəsi bu ilin avqust ayının 1-dən reallaşdırılmaqdadır. Layihə Azərbaycan Mətbuat Şurasının, YUNESKO-nun Moskva ofisinin və YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin 2010-cu ilin sentyabrından 2011-ci ilin aprelinədək həyata keçirdiyi «İqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdırılması (gücləndirilməsi) məqsədilə yayım jurnalistləri üçün təlim» layihəsinin bir növ, davamı kimi nəzərdə tutulub. Sözügedən təşəbbüs çərçivəsində «İqlim dəyişmələri və ekoloji stabillik» adlı kitabça nəşr olunub, həmçinin www.mediaclimate.org saytı hazırlanıb. Hazırkı layihə isə həmin kitabçaya və milli təhsil strategiyasının istiqamətlərinə yeni yanaşma əsasında təlim proqramı hazırlamaqdan və ekoloji mövzuda yazan jurnalistlər, jurnalistika fakultələrinin tələbələri və vətəndaş cəmiyyətinin üzvləri arasında ekoloji maarifləndirmə işlərinin məhz həmin proqram əsasında aparılmasını təmin etməyi, bunun elmi mexanizmini formalaşdırmağı nəzərdə tutur.

Onu da deyək ki, ümumilikdə YUNESKO-nun dəstəyi ilə icra olunan layihənin rəhbəri Azərbaycan Mətbuat Şurası (AMŞ), icraçı tərəfdaşlar isə YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.

QEYD: Sabah - 18 noyabr 2011-ci il tarixdə saat 15:00-da Azərbaycan Mətbuat Şurasında «Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması» layihəsi çərçivəsində «dəyirmi masa» keçiriləcək.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »