Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Yeni rabitə tarifləri qəzetlərə şamil olunmayacaq

Əflatun Amaşovun "Yeni Müsavat" qəzetinə açıqlaması

Son günlər medianın maddi durumuna yönəlik bir çox təhlükəli addımlar atılır. Poçt və rabitə xidmətlərində dəyişiklik nəticəsində redaksiyalar da daxili zənglərə görə əlavə məbləğ ödəyəcək. Mətbuatın məcburi auditə cəlb olunması da azad sözün maddi dayaqlarının zəiflədilməsi ilə nəticələnə bilər.

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bizə açıqlamasında bu məsələlərlə bağlı apardığı araşdırmaları və onun nəticələri barədə danışdı. O dedi ki, poçt və rabitə xərclərində dəyişikliklərlə bağlı məsələ MŞ-nin diqqətindədir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Tarif Şurası ilə bu haqda danışıqlar aparılıb: “Yeniliklər üzərində iş getdiyindən bu barədə konkret söz demək hələ tezdir. Dəyişikliklər aztəminatlı ailələr və kiçik sahibkarlıq subyektlərinə təsir göstərməyəcək. Əksinə, proses onların xeyrinə olacaq. Televiziya və radioları çıxmaq şərtilə, digər KİV faktiki olaraq kiçik sahibkarlıq subyektləridir. Buna görə də yeni qiymətlər onların fəaliyyətinə mənfi təsir göstərməyəcək”.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan, medianın da məcburi auditə cəlb olunmasını nəzərdə tutan əlavə və dəyişikliklərə gəlincə, MŞ sədri deyir ki, medianın iqtisadi faktor olması üçün zamana ehtiyac var: “Dövlət siyasəti də buna xidmət edir. KİV-in hazırkı çətin durumunda onların məcburi qaydada auditə cəlb edilməsi isə bu proseslə ziddiyyət təşkil edir. Mətbu orqanların maliyyə imkanları auditin aparılmasına imkan vermir. Əlbəttə, hansısa mətbuat orqanı auditə razılıq verəcəksə, bu, həmin qurumun öz işi olacaq. Mövcud amil onun daha da şəffaf fəaliyyət göstərdiyini təsdiqləyəcək. Belədə isə bütün hüquqi şəxslər kimi KİV-lər də aidiyyəti orqanlara maliyyə hesabatlarını verir və bu, şəffaflığı təmin edir. Ümidvaram ki, məsələ ilə bağlı yekun qərar çıxarılarkən bütün bunlar nəzərə alınacaq”.

Ə.Amaşov “ZQAN-Holdinq”in rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla “Yeni Müsavat” və “Azadlıq” qəzetləri arasındakı məhkəmə çəkişməsinə də münasibət bildirdi. O, tərəflərin məsələyə münasibətləri ilə tanış olduğunu vurğuladı: “Onların daha çox ortaq məxrəcə gəlmək üçün səy göstərmələrini istərdik. Təəssüf ki, istəklərimizin baş tutması heç də rəvan olmur. Ümumən MŞ-nin məsələyə münasibəti bəllidir. Biz KİV-in indiki həssas iqtisadi durumunu nəzərə alıb bu qənaətdəyik ki, onlar yüksək məbləğdə cərimələnməməlidir. KİV də tənqid hədəflərinə münasibətdə bəlli normaları aşmamalıdır. Zərurət varsa, təkzib verməlidir. Hər gün dünyanın aparıcı media vasitələrində ayrıca təkziblər bölməsi yer alır və bu, onlara olan oxucu inamını azaltmır, əksinə, artırır. Bildiyimə görə, qəzetlər təkzib verməyə hazırdır. Əlbəttə, qarşı tərəf bu təkzibi məqbul saymaya bilər. Amma bu, o demək deyil ki, o, istədiyi şəkildə davranmalı, həddini aşmalıdır. Qanunda təkziblə bağlı dolğun müddəalar var. Bir məsələ ilə bağlı bir neçə təkzibin dərcinə və təkrarlanmasına dair praktika yoxdur”.

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »