Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında veteran jurnalist Ələsgər Cabbarovun 80 illik yubileyi ilə bağlı mərasim keçirilib

 Ə.Amaşov Ə.Cabbarova rəhbərlik etdiyi qurumun fəxri diplomunu təqdim edib


Bu gün Azərbaycan Mətbuat Şurasında veteran jurnalist Ələsgər Cabbarovun 80 illik yubileyi ilə bağlı mərasim keçirilib. 




Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib k, rəhbərlik etdiyi qurum ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş qələm sahiblərinin yaradıcılıq məclislərinin təşkilini ənənəyə çevirib. Bu işi daha səmərəli şəkildə gerçəkləşdirmək üçün Şuranın tərkibində Ahıl Jurnalistlər Məclisi yaradılıb. Məclisin xəttilə indiyədək çoxsaylı tədbirlər təşkil olunub. Bu gün həmin mərasimlərdən biri - qocaman jurnalist Ələsgər Cabbavorun 80 illik yubileyi qeyd edilir. «Ələsgər müəllim ixtisasına uyğun olaraq neft maşınqayırma sənayesində çalışdığı illərdən başlayaraq peşəkar jurnalistikaya maraq göstərib. Azərbaycan radiosunda çıxışlar edib. Radionun məktəblilər üçün yayımlanmış xüsusi verilişini hazırlayıb. Sonrakı illərdə «Azərbaycan gəncləri» qəzetilə də fəal əməkdaşlıq edib. Daha sonra «Elm və həyat» jurnalında, «Kommunist», «Sovet kəndi» qəzetlərində fəaliyyət göstərib. Ümumən Ələsgər müəllimin 80 illik ömür yolu çox zəngindir. Elə bilirəm ki, bu ömrün ayrı-ayrı epizodları, xarakterik cəhətləri barədə toplantı iştirakçılarının bölüşmək üçün kifayət qədər xatirələri var», - deyə MŞ sədri vurğulayıb. Ə.Amaşov Ə.Cabbarova rəhbərlik etdiyi qurumun fəxri diplomunu təqdim edib. 




Yubiley mərasimində çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Addım» qəzetinin baş redaktoru Anar Vəziroğlu, veteran jurnalistlərdən Məzahir Süleymanzadə, Mehman Feyzullayev, Qənimət Səfərov, Bəbir Hüseynov, neftçi-jurnalist Zaməddin Həmişəyev, həmçinin yubilyarın tələbəlik dostu akademik Kərim Kərimov və başqaları Ə.Cabbarovu səmimi və qayğıkeş insan, peşəkar jurnalist kimi dəyərləndiriblər, həyatlarının onunla bağlı anlarını yada salıblar. «Azərbaycan» qəzetinin əməkdaşı Akif Cabbarov çıxışında Ə.Cabbarovun eyni zamanda mənsub olduğu nəslin qayğısını çiyinləri üzərində daşıyan şəxs olduğunu vurğulayıb. Sonda çıxış edən yubilyar tədbir iştirakçılarına təşəkkürünü bildirib. Tədbirdə qocaman jurnalistə müxtəlif qiymətli hədiyyələr təqdim olunub. 




Qeyd edək ki, Ələsgər Müzəffər oğlu Cabbarov 1933-cü il may ayının 16-da Qəbələ rayonunda anadan olub. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyasını) bitirib. Həmin illərdə Azərbaycan radiosunda çalışıb. 1959-1961-ci illərdə «Azərbaycan gəncləri» qəzetində işləyib. 1961-ci ildə «Elm və həyat» jurnalında şöbə müdiri kimi fəaliyyətə başlayıb. 1966-cı ildə Azərbaycan Sovet Ensiklopediyasında texniki redaksiyanın müdiri vəzifəsinə təyin olunub. 1992-ci ildən sonra «Xalq qəzeti»ndə kommersiya direktoru və bölgə müxbiri vəzifələrində çalışıb. Ə.Cabbarov indinin özündə də dövri mətbuatda maraqlı yazıları ilə çıxış etməkdədir.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »