Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Heydər Əliyev və türk dünyası» mövzusundakı müsabiqədə qalib gəlmiş jurnalistlər mükafatlandırıldı

 Ağsaqqallar Şurasının, Azərbaycan Mətbuat Şurasının və Zərdabi Mətbuat Mərkəzinin təşəbbüsü ilə

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ağsaqqallar Şurasının, Azərbaycan Mətbuat Şurasının və Zərdabi Mətbuat Mərkəzinin təşəbbüsü ilə «Heydər Əliyev və türk dünyası» mövzusunda konfrans keçirilib. Eyni adlı müsabiqənin qaliblərinin mükafatlandırılması ilə əlamətdar səciyyə daşımış tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. 


Ə.Amaşov ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətində türk dünyasının mühüm önəm kəsb etdiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyev hələ Sovetlər Birliyi dönəmində türk xalqları arasındakı mədəni əlaqələrin yaranmasına yönələn müxtəlif təşəbbüslər irəli sürüb: «Əslində o dövr üçün inanılmaz işlər gerçəkləşdirib. Xalqımızın milli kimliyi məsələsində türk kökünə bağlılığa həmişə böyük önəm verib. Azərbaycana ikinci rəhbərliyi dönəmi isə arzuların reallığa çevrilməsi mərhələsi kimi yadda qalıb. Müstəqil respublikamızın həyata keçirdiyi xəttdə türk dünyası ilə istər siyasi, istərsə də mədəni-iqtisadi əlaqələr başlıca yer tutub və tutmaqdadır. Bütün bunlarda Heydər Əliyev şəxsiyyətinin bütövlükdə türk dünyasına xidmət müstəvisində dəyər tapan müstəsna əməyi xüsusi vurğulanmalıdır», - deyən Ə.Amaşov «Heydər Əliyev və türk dünyası» müsabiqəsinə təqdim olunmuş yazıları mövzuya yanaşma tərzi baxımından spesifik nümunələr kimi dəyərləndirib. 


Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə məlumat verib ki, «Heydər Əliyev və türk dünyası» mövzusundakı müsabiqə Ağsaqqallar Şurasının yaxından dəstəyi, rəhbərlik etdiyi qurumun Azərbaycan Mətbuat Şurası ilə birgə həyata keçirdiyi “Türkdilli xalqların həyatı və inteqrasiyası məsələləri Azərbaycan kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsinin tərkib hissəsidir. Layihəyə bu ilin əvvəlindən start verildiyini deyən R.Hüseynzadə bildirib ki, müsabiqə üçün material qəbulu fevral ayının birindən aprelin 15-dək aparılıb: «Bu gün biz həmin müsabiqə qaliblərinin mükafatlandırılması mərasiminə toplaşmışıq. Layihənin əsas istiqamətlərindən biri də ölkənin müntəzəm yayımlanan kütləvi informasiya vasitələrində türk dünyası ilə bağlı gedən materialların monitorinqidir. Tədbirimizdə monitorinqin nəticələrinə görə, türk dünyası ilə bağlı prosesləri fəal işıqlandırmış media vasitələri də təltif ediləcəklər». 


Bundan sonra «Heydər Əliyev və türk dünyası» müsabiqəsində qalib gəlmiş və fərqlənmiş jurnalistlər mükafatlarla təltif edilib. 


Azərbaycan Mətbuat Şurasının və Zərdabi Mətbuat Mərkəzinin

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının dəstəyi ilə keçirdiyi

“Heydər Əliyev və Türk dünyası” müsabiqəsinin


QALİBLƏRİ


I yer 1000 manat pul və diplom


1. Əhməd Məmmədov - AzərTAc. “Kaspi” qəzetində gedən “Ümummilli lider Heydər Əliyev Türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin ən böyük hamisi kimi” sərlövhəli yazıya görə. 


II yer 500 manat pul və diplom


1. Vüqar Əliyev - “Mədəniyyət” qəzeti. Həmin qəzetdə gedən “Heydər Əliyev və türk dünyası” sərlövhəli yazıya görə. 


2. Akif Azalp - “Türk dünyası ağsaqqalları” qəzeti. Həmin qəzetdə gedən “Turanın qürur zirvəsi və birlik rəmzi” sərlövhəli yazıya görə. 


III yer 300 manat pul və diplom


1. Afaq Bayramova - “Kür” (Yevlax) qəzeti. Həmin qəzetdə gedən “Türk dünyasının tarixi keçmişi” sərlövhəli yazıya görə;


2. Sevinc Azadi - “İki sahil” qəzeti. Həmin qəzetdə gedən “Heydər Əliyev və türk dünyası” sərlövhəli yazıya görə;


3. Vaqif Cəliloğlu - “Bakı xəbər” qəzeti. Həmin qəzetdə gedən “Türkdilli xalqların qloballaşan dünyada yeri və rolu” sərlövhəli yazıya görə. 


Müsabiqədə iştirak edən daha 17 jurnalist həvəsləndirici mükafata layiq görülüb. Tədbirdə həmçinin layihə çərçivəsində keçirilmiş monitorinqin nəticələrinə görə türk dünyası ilə bağlı prosesləri fəal işıqlandırdığına görə «Xalq Cəbhəsi», «Olaylar» və «Zaman Azərbaycan» qəzetlərinə, Azəri Press Agentliyinə (APA), Trend və Səs İnformasiya Agentliklərinə diplomlar təqdim edilib.  


Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəttah Heydərov ümummilli lider Heydər Əliyevi türk dünyasının konsolidasiyası prosesində müstəsna rol oynamış tarixi şəxsiyyət kimi dəyərləndirib. Onun Azərbaycana rəhbərlik etdiyi illərdə xalqın tarixi soykökünə qayıdış ruhuna kökləndiyini önə çəkərək bu mənada türkçülük ideyalarının geniş təşəkkül tapmasına diqqət yetirib: «Nə yazıq ki, bizim Heydər Əliyevsiz də günlərimiz oldu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonrakı ilk illər ağır mərhumiyyətlər və faciələrlə yadda qaldı. Azərbaycan dövləti daxildən məhv olma təhlükəsilə üzləşdi. Məhz o zaman Heydər Əliyevin hakimiyyətə qayıdışı iflası əngəllədi. Onun yaratdığı dəyərlər sistemi Azərbaycanı bu günkü səviyyəyə qaldırdı. Həmin dəyərlər içərisində isə türkçülük mühüm yer tuturdu. Bu prosesdə qardaş Türkiyə dövləti də dəstəkçi qismində çıxış etdi. Hər an Azərbaycanın yanında oldu», - deyən F.Heydərov istər türk dünyası ilə bağlı proseslərin işıqlandırılmasında, istərsə də türk xalqlarının bir-birinə inteqrasiyasında Azərbaycan mediasının müstəsna rol oynadığını önə çəkib, müsabiqədə qalib gəlmiş jurnalistlərə təbriklərini ifadə edib. Heydər Əliyev ideyalarının prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildiyini deyən millət vəkili dövlət başçısının rəhbərliyi altında türk dünyası ilə əlaqədar bir sıra baxışların ideyadan praktik fəaliyyət istiqamətinə keçdiyini vurğulayıb. 


Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Çoşkun Anadolu və Azərbaycan türklərini bir-birinə bağlayan tarixi tellərdən söz açıb və bildirib ki, bu tellərin möhkəmləndirilməsində görkəmli şəxsiyyətlərin rolu mühüm əhəmiyyət daşımaqdadır. Əgər XX əsrin əvvəllərində bu rolu ulu öndər Mustafa Kamal Atatürk oynamışdısa, əsrin ortalarından başlayaraq sonlarına doğru gedən mərhələ birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Medianın türk xalqlarının bir-birinə yaxınlaşmasındakı fəaliyyətinin müxtəlif aspektlərindən bəhs edən səfir həssas və zəruri mövzunu qələmə alan jurnalistlərə təşəkkürünü bildirib. 


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Müzəffər Talıblı ümumən Heydər Əliyev və türk dünyası mövzusunun aktuallığından söz açıb. Məsələnin hər zaman sistemli araşdırmalara böyük ehtiyac duyduğunu vurğulayıb. Bildirib ki, ulu öndər hələ sovet dövründə Azərbaycanın türk dünyasındakı yerini və rolunu görürdü. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə mövcud istiqamətdə konkret strategiyanın əsasını qoydu. Şöbə müdiri çıxışında həmçinin Heydər Əliyevin mediaya, ümumən azad sözə və mətbuata hər zaman böyük dəyər verdiyini bildirərək bununla əlaqədar bir sıra maraqlı məqamlardan söz açıb. 


Heydər Əliyevin türkdilli xalqların bir-birinə yaxınlaşması, türk birliyinin yaradılması və möhkəmləndirilməsi ilə bağlı proseslərə böyük töhfə verdiyini deyən Milli Məclisinin deputatı Vahid Əhmədov vurğulayıb ki, ulu öndərin unikal liderlik keyfiyyətləri bütövlükdə türk dünyası üçün əvəzolunmaz irs və örnəkdir. 


Milli Məclisinin deputatı Mirkazım Kazımov Azərbaycanın keçdiyi 20 ildən artıq müstəqillik yolunda Heydər Əliyev və türkçülük xəttinin mühüm istiqamət kimi özünü göstərdiyini, eyni siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Görülən işlərin gələcəkdə daha fundamental uğurlara imza atmaq üçün stimul verdiyini önə çəkib. 


Milli Məclisinin deputatı Fəzail İbrahimli Heydər Əliyev şəxsiyyətinə dəyər vermək üçün lazım olan keyfiyyətlərdən birinin də gözəl yazmaq olduğunu vurğulayaraq müsabiqədə uğur qazanmış jurnalistlərin bu mənada olduqca məsuliyyətli işin öhdəsindən gəldiklərini diqqətə çatdırıb.

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »