Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Kişinyovda medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans keçirilir

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edir

Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans işə başlayıb.

Konfrans barədə məlumat verən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, tədbirdə əsasən mətbuat şuralarının özünütənzimləmədəki rolu ətrafında fikir mübadilələri aparılır. Bu baxımdan peşə davranışı qaydalarının roluna da nəzər salınır. «Azərbaycan Mətbuat Şurası təkcə Müstəqil Dövlətlər Birliyi deyil, eyni zamanda Şərqi Avropa məkanında kifayət qədər oturuşmuş struktura malik institutdur. Şuranın təcrübəsi dəfələrlə regional səviyyəli toplantılarda yüksək dəyərləndirilib və model kimi qəbul edilib. Bununla belə Kişinyovda medianın özünütənzimləməsinə həsr olunmuş tədbirdə iştirak vacibdir və əldə edəcəyimiz nəticələrin daha faydalı fəaliyyət baxımından əhəmiyyətli olacağını düşünürük», - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya, Ukrayna, Moldova, eləcə də də Qərbi Avropa ölkələrindən də nüfuzlu media ekspertlərinin qatıldıqları toplantının təşkilində prioritet vəzifələrdən biri regional miqyasda media qurumlarının fəaliyyətinin əlaqələndirilməsinin təşkilinə dəstək göstərməkdir. Bu baxımdan konfransın proqramına vahid koordinasiya mərkəzinin yaradılması ətrafında müzakirələrin aparılması da daxil edilib. Tədbirdə həmçinin sosial şəbəkələr və onların ictimai tənzimlənməsi ilə bağlı fikir mübadilələrinin aparılması da nəzərdə tutulur.

Onu da deyək ki, beynəlxalq konfransda MŞ sədri Ə.Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edir.




01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »