Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası 2012-ci ildə gördüyü işlərə dair hesabat konfransı keçirib

2012-ci ildə Şuranın fəaliyyətini ümumən on istiqamətdə qruplaşdırmaq mümkündür

Bu gün Azərbaycan Mətbuat Şurası 2012-ci ildə gördüyü işlərə dair hesabat konfransı keçirib. MŞ sədri Əflatun Amaşov tədbiri açaraq bildirb ki, hesabatda əksini tapan cəhətlər barədə ətraflı məlumat verib.

 

2012-ci ildə Şuranın fəaliyyətini ümumən on istiqamətdə qruplaşdırmaq mümkündür. Bunlar aşağıdakılardır.

 

1)      Komissiyaların fəaliyyəti, Mətbuat Şurasına daxil olan şikayət və müraciətlərin araşdırılması, qərar və rəylərin qəbulu;

2)      «Reket jurnalistika»ya qarşı mübarizə tədbirləri;

3)      Diffamasiya təşəbbüsləri;

4)      Dövlət sənədlərindən irəli gələn vəzifələrin reallaşdırılması;

5)      Azərbaycan Milli Mətbatı -137;

6)      Jurnalist hüquqları ilə bağlı fəaliyyət;

7)      Layihələrin reallaşdırılması.

8)      Müxtəlif mövzularda konfrans, seminar və “dəyrimi masa”ların təşkili

9)      Xarici qonaqların qəbulu

10)  Səfərlər

 

2012-cu ildə MŞ-yə ümumilikdə 685 müraciət daxil olub. 685 müraciətdən 501-i kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə baxılan 501 məsələdən 315-i Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 186 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

 

2012-cu ildə Şuraya daxil olan şikayətlərin 186-ı komissiyalarda araşdırılıb. Şikayətlər üzrə Komissiyada baxılan 118 məsələdən 89-i komissiya səviyyəsində həllini tapıb. Digər 29 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 55 şikayətdən 9-u barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib (46 şikayət isə komissiyada həllini tapıb).

 

Beləliklə Şuranın İdarə Heyəti 2012-ci ildə ümumilikdə 27 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 29 rəyindən 23-ü (6 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 9 təqdimatından 4-ü əsas götürülüb.

 

İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 15 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 7 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub.

 

****

 

MŞ-nin ötən il reallaşdırdığı 7 layihə çərçivəsində 2 müsabiqə keçirilib, 2 xarici səfər reallaşdırılıb,  1 beynəlxalq konfrans, 2 təlim kursu təşkil olunub, 2 “dəyirmi masa”, 1 konfrans baş tutub. 3 dəfə Şuranın Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyi ilə birgə “Həqiqətə xidmətlərinə görə” mükafatı təqdim olunub.

 

****

 

Bundan başqa 2012-ci ildə MŞ təmsilçiləri 5 xarici səfərdə olublar. 9 dəfə xarici ölkələrdən gələn nümayəndə heyətləri ilə Şurada görüş keçirilib. Eyni zamanda Şura müxtəlif mövzularda 20 konfrans, seminar və “dəyirmi masa” təşkil edib. Ömrünü Azərbaycan jurnalistikasına həsr etmiş insanların yada salınması üçün MŞ-nin Ahıl Jurnalistlər Məclisinin xətti ilə 5 tədbir təşkil olunub.

 

****

 

Dövlət sənədlərindən irəli gələn işlərin görülməsi zamanı əsasən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramından irəli gələn fəaliyyət, habelə müxtəlif dövlət proqramlarının media ilə bağlı hissələrinin hazırlanmasına dəstək göstərilməsi əsas götürülüb.

 

****

 

Jurnalist hüquqları ilə bağlı fəaliyyət iki istiqaməti əhatə edib. Bunlardan birincisi kütləvi aksiyalar zamanı jurnalistlərin peşə fəaliyyətinin yerinə yetirilmələrinin monitorinqi, ikincisi isə müxtəlif yerlərdə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə maneələrin araşdırılması olub.

 

****

Diffamasiya ilə bağlı fəaliyyətə gəldikdə isə, məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb. Hazırda sənədin dəyərləndirilməsi aparılır. Artıq Avropa Şurasının Venesiya komissiyası səviyyəsində müzakirə olunur.

 

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının “Normativ-hüquqi bazanın təkmilləşdirilməsi” adlı I fəslinin 1.2.7-ci bəndinin “diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması” tələbinin yerinə yetirilməsinə müvafiq dəstəyini göstərib. Mövcud istiqamətdə müxtəlif dövlət qurumları ilə təmaslar olub.

 

****

 

“Reket jurnalistika” ilə mübarizə sahəsindəki fəaliyyət iki istiqamətdə aparılıb:

 

  1. “Qara siyahı”ların açıqlanması;
  2. “Qara siyahı”da yer alan KİV-lərin adlarının siyahıdan çıxarılması

 

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının ümumən MŞ-nin komissiyalarının fəaliyyət sxemindəki yeri 21,3 fazilə ölçülür. Bu isə o deməkdir ki, qurum Şikayətlər üzrə Komissiyadan sonra fəaliyyət intensivliyi baxımından ikinci yerdədir. İl ərzində özünün 6 iclasını keçirmiş “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 55 şikayətdən 9-u barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib (46 şikayət isə komissiyada həllini tapıb). Təqdimatlardan 4-ü İdarə Heyətinin yekun qərarının qəbulunda əsas götürülüb.

 

İl ərzində iki dəfə MŞ-nin “qara siyahı”sı açıqlanıb. Hazırda sənəddə 86 KİV-in adı var.

 

Mətbuat Şurası həmçinin özünün əsas missiyalarından birinin mətbu məkanın saflaşdırılması olduğunu rəhbər tutaraq, “qara siyahı”ya saldığı KİV-lərin fəaliyyətlərində düzəliş etmələrinə dair müraciətlərini nəzərə alıb. İH-nin 7 qərarı cavabdeh nəşrin adının “qara siyahı”ya salınmasını nəzərdə tutubsa, cari məsələlərlə bağlı 9 qərarı ayrı-ayrı KİV-lərin adlarının siyahıdan çıxarılması ilə bağlıdır.

 

****

 

Azərbaycan Mətbuat Şurası iyulun 14-də Azərbaycan milli mətbuatının 137 illiyi münasibətilə ölkəmizin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri rəhbərlərinin milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğma yurdu Zərdaba, həmçinin Gəncə şəhərinə səfərini reallaşdırıb.

 

İyulun 22-də Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının təqdimatı keçirilib. Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil etdiyi və milli mətbuatımızın 137 illiyinə həsr olunmuş mərasimdə baş tutan təqdimatda mükafatın əsasnaməsinə uyğun olaraq 9 laureatın adı açıqlanıb.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »