Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu olub

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov iclası açaraq müzakirəsi təklif olunan məsələlər barədə məlumat verib. Gündəlik İH üzvləri tərəfindən təsdiqlənib.

Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu olub. «Vergilər», «Çempion», «Hərbi and», «Zirvə yolu», «Yeni təfəkkür» qəzetlərinin, «Sehirli dünya», «Azərbaycanın dünyada səsi» jurnallarının, «qol.az», «axşam.az» saytlarının MŞ sıralarına qəbulu barədə qərarlar çıxarılıb. Lənkəranın və Bakının Binəqədi rayonunun eyni adlı qəzetləri də Şuranın yeni üzvləri sıralarında yer alıblar.

Sonra MŞ-nin Şikayətlər üzrə Komissiyasının və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarlar çıxarılıb. Masallı rayonundan bir qrup ziyalının «Dunya» İnformasiya Agentliyi (dia.az) ilə bağlı müraciəti əsasında qəbul olunan rəydə adı çəkilən saytın həmin bölgədən təqdim etdiyi yazıların əksəriyyətində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir çox prinsip və bəndlərinin tələblərinin mütəmadi pozulduğu göstərilib. Lakin qərarın qəbulu zamanı nəzərə alınıb ki, məsələ Şikayətlər üzrə Komissiyada (15 avqust 2013-cü il) müzakirə olunduqdan sonra burada Masallı rayonu barədə oxşar səpkili yazıların təqdimatı dayandırılıb. İdarə Heyəti bunu tərəflər arasındakı münasibətlərin tənzimlənməsi yolunda müsbət addım kimi dəyərləndirsə də, saytın qarşıdakı üç ayda Şuranın İnternet media resursları üzrə Komissiyası tərəfindən monitorinqinin davamını, nəticələrinin İdarə Heyətinin müzakirəsinə çıxarılmasını məntiqi sayıb.

Bakı kəndlərinin bir qrup sakininin «Yeni Müsavat» qəzeti ilə bağlı müraciəti əsasında çıxarılan rəyə baxılarkən İH üzvləri qərara alıblar ki, mətbu nəşrə şikayətçi tərəfin təmsilçisinin mövqeyinin verilməsi, yaxud müsahibə dərc olunması tövsiyə edilməlidir.

Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məlumat verib ki, rəhbəri olduğu komissiya 28 oktyabr 2013-cü il tarixli iclasında 15 məsələyə baxıb. Bunlardan biri Şikayətlər üzrə Komissiya, digərləri isə Şuranın Katibliyi tərəfindən təqdim olunub. İclas yekunda iki mətbu nəşrin adını MŞ-nin «reket» nəşrlər üçün tərtib etdiyi «qara siyahı»ya salınmasına tam əsasların olduğunu müəyyənləşdirib. Bunlar «Elin sözü» (təsisçisi və baş redaktoru Minadi Mikayılov) və «Korrupsiya və qanun» (təsisçisi və baş redaktoru Xuraman Quliyeva) qəzetləridir. Əgər birinci mətbu nəşrdə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, onun rəhbərliyi, ayrı-ayrı əməkdaşları barədə müntəzəm surətdə etik prinsiplərə zidd yazılar dərc olunursa, digərində əsasən peşə fəaliyyətilə bir araya sığmayan məqamlar üstüntük təşkil edir. İdarə Heyəti üzvləri komissiyanın hər iki qəzetlə bağlı təqdimatını müsbət dəyərləndiriblər.

MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, son vaxtlar bu mətbu nəşrin, eləcə də bir sıra digər qəzetlərin Bakının metro stansiyalarında satışı naməlum səbəblərə görə dayandırılıb. Baş redaktor bununla bağlı bir sıra dairələrə müraciət etdiyini, hələlik müsbət nəticə əldə olunmadığını nəzərə çatdırıb. Məsələnin həllində Mətbuat Şurasının dəstəyinə ehtiyacın duyulduğunu vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov belə halların mövcudluğunu qeyd edərək məsələnin ilk gündən Şuranın diqqətində olduğunu, mövcud istiqamətdə iş aparıldığını bildirib. Qərara alınıb ki, problemlə əlaqədar müvafiq qurumlar qarşısında məsələ qaldırılsın.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »