Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətindən olan nümayəndələrlə görüş keçirilib

-

Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdə səfərdə olan nümayəndələri - Türk Birliyi Dərnəyinin sədri, professor Güvən Arıklı, Qlobal Media Qrupunun baş direktoru Tayfun Aydınlı, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu ilə görüş keçirilib.

Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum türk dünyasının azarıcı media qurumları ilə əməkdaşlığa önəm verir. Bu, istər təcrübə mübadiləsi, istərsə də qlobal media məkanına inteqrasiya baxımdan vacibdir. Şuranın eyni zamanda Şimali Kiprdəki media quruluşları ilə də münasibətlərinin olduğunu vurğulayan Ə.Amaşov əlaqələri dərinləşdirməyin Şura üçün müstəsna əhəmiyyət daşıdığını bildirib. 

Görüşdə türk dünyasının ortaq problemlərinə birgə baxışın ifadə edilməsinin zəruriliyi ətrafında diskussiyalar aparılıb. Bu baxımdan Şimali Kiprdə keçirilməsi nəzərdə tutulan Türk Dünyası Gənclərinin Forumuna birgə hazırlıq məsələləri önə çəkilib.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »