Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının «Milli mətbuatımız istiqlal yolumuz» silsiləsindən növbəti sənədli filminin nümayişi keçirilib

-

Azərbaycan Mətbuat Şurasının «Milli mətbuatımız istiqlal yolumuz» silsiləsindən növbəti sənədli filmi görkəmli ictimai xadim, yazıçı, jurnalist və tərcüməçi Ceyhun Hacıbəyliyə həsr olunub. Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində ərsəyə gəlmiş «Durun gedək evimizə…» filminin ilk nümayişi Qəbələdə baş tutub. 

 

«Azərbaycan milli mətbuatı -140: inkişaf yolu və müasir dövrün çağırışları» çərçivəsindəki konfransda reallaşdırılmış nümayişi MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, dövlət rəsmiləri, yerli ictimaiyyətin və mətbuat orqanlarının nümayəndələri izləyiblər. Filmdə C.Hacıbəylinin həyat yolunun spesifik cəhətləri, onun Azərbaycanda milli özünüdərk proseslərindəki xidmətləri, ictimai xadim, yazıçı və jurnalist kimi fəaliyyəti sadalanıb. Bu zaman yerli və xarici ölkələrdəki arxivlərin materiallarına istinad edilib.

 

Qeyd edək ki, «Durun gedək evimizə…» filminin layihə rəhbəri MŞ sədri Əflatun Amaşov, ideya rəhbəri MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ssenari müəllifi isə tanınmış telejurnalist Bəxtiyar Qaracadır. İndiyədək «Milli mətbuatımız istiqlal yolumuz» silsiləsindən görkəmli icimai-siyasi xadimlər - Həsən bəy Zərdabiyə, Əli bəy Hüseynzadəyə, Məmməd Əmin Rəsulzadəyə, Əhməd bəy Ağaoğluya, Məmmədağa Şaxtaxtlıya, həmçinin Azərbaycanda ilk qadın mətbuat orqanı olan «İşıq» qəzetinin fəaliyyətinə həsr olunmuş sənədli filmlər çəkilib. 

 

 


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »