Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Qulu Məhərrəmlinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

Bu gün Azərbaycan Mətbuat Şurasında  tanınmış jurnalist, istedadlı qələm sahibi professor Qulu Məhərrəmlinin anadan olmasının 60 illiyi ilə bağlı toplantı keçirilib.

 

Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki,  Qulu Məhərrəmli müasir jurnalistikamızda, xüsusən də televiziya sənətində özünəməxsus dəst-xəttilə seçilir.  Azərbaycan ikinci dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonra onun yeni tipli jurnalistika ənənələrinin formalaşması, televiziya publisistikasının inkişafı sahəsində xidmətləri olub.“Yubilyar jurnalistikanın bir elm sahəsi kimi tədrisinə yeniliklər gətirən dəyərli alimlərimizdəndir. Qulu Məhərrəmli Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü də seçilib. Şuranın işlərində yaxından iştirak edib”, - deyən Ə.Amaşov yubilyar jurnalisti rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib. 

 

MŞ İdarə Heyətinin üzvləri - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, MŞ sədrinin müavini Umud Rəhimoğlu və başqaları yubilyarın yaradıcılıq yolundan söz açaraq onu təkcə istedadlı jurnalist deyil, eyni zamanda ekran-efirin və bütövlükdə jurnalistikanın elmi-nəzəri problemlərinin öyrənilməsi istiqamətində fəaliyyət göstərən dəyərli elm xadimi kimi xarakterizə ediblər. 

 

Sonda çıxış edən Q.Məhərrəmli göstərdikləri diqqətə və əməyinə verdikləri qiymətə görə həmkarlarına təşəkkürü bildirib.


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »