Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası Beynəlxalq münasibətlər mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində» adlı «dəyirmi masa» keçirib

“Monitorinq ölkənin 20 qəzetində və 10 informasiya agentliyi və xəbər portalında aparılıb

Bu gün Azərbaycan Mətbuat Şurasında «Beynəlxalq münasibətlər mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində» adlı «dəyirmi masa» keçirilib.

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, «dəyirmi masa» Şuranın Beynəlxalq münasibətlər komissiyasının xətti ilə gerçəkləşdirilən “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində nəzərdə tutulan toplantılardan biridir. Şura sədri layihə müddətində həmçinin Azərbaycanın tanınan, ictimai rəyə təsir göstərən KİV-lərinin monitorinqinin də aparıldığı barədə məlumat verib. “Monitorinq ölkənin 20 qəzetində və 10 informasiya agentliyi və xəbər portalında aparılıb. Ötən ayda Azərbaycanın beynəlxalq səviyyədəki əməkdaşlığına dair ümumilikdə 3254 material gedib. Onlardan 1647-i qəzetlərdə, 1607-i isə internet media resurslarında gedib. Nəzərə alsaq ki, monitorinqə cəlb olunmuş internet media resurslarının sayı qəzetlərdən iki dəfə az olub, o zaman birincilərdə qeydə alınmış 1607 rəqəmini ikincilərin 1647 rəqəmindən üstün göstərici saymaq mümkündür. Monitorinqdə KİV materiallarının beynəlxalq əməkdaşlığın hansı sahəyə aid olmasına, onların istiqamətinə və janrına diqqət yetirilib. Monitorinqdə diqqət yetirilən ikinci cəhət materialların məhz hansı səpkili olmasıdır. KİV materiallarının monitorinqinə əsasən qəzetlərin və internet media resurslarının daha çox üstünlük verdikləri istiqamətlər müəyyənləşdirilib və həmin istiqamətlər üzrə dəyərləndirmələr aparılıb. Eyni zamanda materialların janrına da diqqət yetirilib”, - deyən Ə.Amaşov onu da diqqətə çatdırıb ki, gerçəkləşdirilən layihə çərçivəsində beynəlxalq mövzuda yazan jurnalistlərin qlobal proseslərə yanaşma tərzinə, mövcud baxımdan nəzərə çarpan peşəkarlıq xüsusiyyətlərinə diqqət yetiriləcək.

MŞ İdarə Heyətinin üzvü, Şuranın beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı, layihənin rəhbəri Cavanşir Feyziyev Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən sonra bir çox sahələrdə irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb. Qurucuq proseslərinin media müstəvisinə daha sistemli şəkildə yönləndirilməsinin zəruriliyini vurğulayıb: «Layihənin əsl məramı da məhz buna söhkənib. Təşəbbüsümüz çərçivəsində müsabiqələr və digər belə səpkili stimullaşdırıcı tədbirləri planlaşdırmışıq. Bundan başqa düşünürük ki, beynəlxalq mövzuda yazan jurnalistlər üçün treninqlərin təşkili, həmçinin onların müəyyən qrupunun təcrübə mübadiləsi üçün qabaqcıl media ənənələri olan ölkələrə göndərilməsi yaxşı olardı. Ümumən beynəlxalq münasibətlər sistemində baş verən proseslərə adekvat peşəkar yaradıcılıq tərzinin formalaşmasına dəstək olmağı hədəf seçmişik».

Milli Məclisin deputatı Musa Qasımlı layihədə nəzərdə tutulan tədbirlərin reallaşmasının Azərbaycan jurnalistikasının ixtisaslaşması nöqteyi-nəzərdən əhəmiyyətinə toxunub. Bunun ölkəmizin beynəlxalq siyasətinin təbliği baxımından da vacibliyini önə çəkib, konkret faktlar üzərində dayanıb.

Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, hazırkı dövrdə əsas görülməsi vacib olan iş yazıları Azərbaycandan kənarda dərc olunan müəlliflərin fəaliyyətini daha stimullaşdırmaqdır, onlara bu və ya digər dərəcədə dəstək göstərməkdir. Bunun müsabiqələr və digər tədbirlərin köməyi ilə gerçəkləşdirilməsi də mümkündür və layihənin belə dəst-xətt seçməsi önəmlidir.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ümumən media peşəkarlığının artırılmasına hər zaman böyük ehtiyacın duyulduğundan söz açıb. Mövcud kontekstdə layihənin sırf bir istiqaməti - beynəlxalq münasibətlər mövzusunu əhatə etməsini müsbət dəyərləndirib. B.Sadıqov eyni zamanda Azərbaycanın beynəlxalq münasibətləri ilə bağlı mühakimə yürüdən jurnalistlər üçün vətənpərvərlik amilinin xüsusən vacib olduğuna diqqət çəkib.

«Exo» qəzetinin əməkdaşı Tofiqəxanım Qasımova (Nurani) bildirib ki, müəyyən dövrlərdə jurnalistikada mövcud olmuş stereotiplər beynəlxalq miqyaslı hadisə və proseslərin təqdimat tərzinə fərqli yanaşma doğurub. Hesab edilib ki, jurnalistika ancaq xəbər çatdırmalıdır. Mövcud səbəbdən bu gün nəticələri açıqlanan monitorinqdə jurnalistlərin daha çox xəbərlərə üstünlük verdiyi, analitik məzmunlu materialların azlıq təşkil etdiyi üzə çıxır. Digər tərəfdən, dünyanın reallıqları dəyişir. Bəzən görürsən ki, ölkəmizə aidiyyatı olmayan hansısa prosesin elementləri sonradan yaşadığımız bölgəni də  əhatə edir. Ona görə də daha diqqətli və çevik olmaq zərurəti meydana çıxır. Jurnalistlər üçün peşəkarlığın artırılması kurslarına gəlincə, bu iş gerçəkləşdirilməlidir və müəyyən nəzəri aspektlər dəyərləndirilməlidir. Ancaq bir çox şeylər yenə də jurnalistlərin özlərindən, onların yanaşmalarından asılıdır.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu yaşadığımız qlobal dövrdə informasiyanın instutsional mahiyyət kəsb etdiyini vurğulayıb. O, beynəlxalq aləmdən ixrac edilən xəbərlərin bir çox hallarda manipulyativ səciyyə daşıdığını bildirib. Bu səbəbdən Azərbaycan jurnalistikasının da üzərinə ictimai rəyi düzgün istiqamətləndirmək kimi mühüm missiya düşür.

Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycanın regionda lider dövlət olduğunu bildirib. Ancaq ölkə mediasının bu baxımdan bəzən geri qaldığını diqqətə çatdırıb. Ümumən bu tendensiyanın aradan qaldırılması üçün işlərin görülməsinin vacibliyinə toxunan S.Alıyev həyata keçiriləcək tədbirlərin stimullaşdırıcı xarakterinin zəruriliyindən də bəhs edib.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Şuranın layihəsində nəzərdə tutulan məsələlərin reallaşması üçün ölkə miqyasında bir sıra tədbirlər reallaşdırılır. Ancaq problemin konkret şəkildə qoyulması da vacibdir. Hər bir halda stimullaşdırıcı tədbirlərin miqyasının artırılmasına və medianın təmərküzləşməsinə ehtiyac var.

Eyni mövqeyi bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu layihənin əhəmiyyətinə mediamızda mövcud olan problemli cəhətlərdən birinə spesifik yanaşma baxımından izah verib.

Azərbaycanla bağlı informasiyaların əsasən neqativ ruhlu olduğuna diqqət çəkən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bu tendensiyanın aradan qaldırılması üçün sistemli fəaliyyətə ehtiyacın duyulduğunu vurğulayıb.

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də çıxışında məsələyə kompleks yanaşmağın vacibliyini əsaslandırıb. Baş redaktor bildirib ki, təkcə jurnalistikada yox, elə beynəlxalq münasibətlərlə məşğul olan ekspektlərin özündə belə diferensiya zəifdir. Buna görə də bəzən bir adam müxtəlif regionlarla bağlı məsələlərə şərh verir. Halbuki həmin regionların hər birinin təhlili ayrılıqda aparılmalıdır. E.Mirzəbəyli həmçinin beynəlxalq münasibətlər sahəsində yazan jurnalistlər üçün təşkilati işlərin daha çox klub və qarşılıqlı müzakirələr formatında düzənlənməsinin vacibliyindən söz açıb.

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas layihədə göstərilən məsələlərin reallaşması üçün maddi təminat amilinin vacibliyini önə çəkib. Şuranın İdarə Heyətinin digər üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşərkən əsasən dil faktoru üzərində dayanıb. O, digər cəhət kimi beynəlxalq jurnalistika sahəsində təcrübəsi olan şəxslərin ali məktəblərin jurnalistika fakultələri ilə əməkdaşlığa cəlb edilməsinin önəmindən də danışıb.

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini Elçin Hüseynov təmsil olunduğu qurumun fəaliyyət istiqamətləri ilə bağlı bildirib ki, qurum beynəlxalq mövzuda yazan jurnalistlərin özlərinin belə konkret bölgələr üzrə ixtisaslaşmasını həyata keçirir. O, mövzuya dair istər beynəlxalq miqyaslı seminarların, istərsə də xarici səfərlərin təşkilində hazırlıq səviyyəsinin nəzərə alınmasının vacibliyini önə çəkib.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »