Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyə səfirliyinin yeni mətbuat müşaviri Azərbaycan Mətbuat Şurasında olub

Yeni mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında

Bu gün Türkiyənin ölkəmizdəki Səfirliyinin yeni mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. Şuranın Türkiyənin Azərbaycandakı Səfirliyi ilə sıx əməkdaşlıq münasibətlərinə malik olduğunu vurğulayan Ə.Amaşov mövcud prosesdə mətbuat müşavirliyinin mühüm rol oynadığını diqqətə çatdırıb. Qarşılıqlı işbirliyinin bundan sonra da davam edəcəyinə inamını ifadə edib.

H.Karadeniz Türkiyə ilə dost və qardaş Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirib. Hər iki ölkə mediası arasındakı təmasların daha da dərinləşdirilməsinin vacibliyini dilə gətirib. Mövcud istiqamətdə Mətbuat Şurası ilə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Türkiyə mediasının xüsusiyyətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1957-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gələn H.Karadeniz uzun illər ölkənin təhsil sistemində də yüksək vəzifələrdə çalışıb.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »