Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

3 qəzet barədə müzakirələr aparılıb

Bu gün Azərbaycan Mətbuat Şurası «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq etdiyi komissiyanın üzvləri 8 mətbu nəşrlə bağlı məsələləri araşdırıblar. Öncə Şuranın Şikayətlər üzrə Komissiyasının 26 may 2011-ci il tarixli iclasının tövsiyəsinə uyğun olaraq 3 qəzet barədə müzakirələr aparılıb. Digər 5 şikayət isə Şuranın Katibliyi tərəfindən təqdim olunub.

Komissiya mətbu nəşrlərdən 3-nün fəaliyyətində «reket jurnalistika»ya xas cəhətlərin özünü açıq şəkildə biruzə verdiyini müəyyənləşdirib. Nəzərə alınıb ki, fəaliyəti narazılıq doğuran KİV-lərdə gedən digər materiallar da müzakirə predmetinə çevrilə bilər. Buna görə də onların adlarının MŞ-nin «qara siyahı»sına salınması üçün Şuranın İdarə Heyətinə müvafiq rəy təqdim olunmalıdır.

Komissiya digər 5 qəzetlə bağlı araşdırmaların davam etdirilməsini məqsədəuyğun sayıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »