Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının «apellyasiya qrupu» «qara siyahı»dakı KİV-lərlə bağlı növbəti müzakirəsini keçirdi

Milli mətbuatın 135 illiyi ilə əlaqədar "qara siyahı"da yer alan KİV-lər üçün əfv qaydalarının Şuranın İdarə Heyətinə təqdim olunması barədə razılığa gəlindi

Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının və Şuranın tərkibində fəaliyyət göstərən «apellyasiya qrupu»nun 17 noyabar 2010-cu il tarixdə birgə iclası keçirilib.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru, komissiya və qrupun rəhbəri Vüqar Rəhimzadə iclası açaraq bildirib ki, milli mətbuatın 135 illiyinin respublikada miqyasında keçirilməsi ilə bağlı ölkə prezidenti müvafiq sərəncam imzalayıb. Yubileylə əlaqədar MŞ-yə çoxsaylı müraciətlər daxil olmaqdadır. Müraciətlərin bir qismi Şura tərəfindən «reket nəşr» elan olunaraq «qara siyahı»ya salınmış qəzet və jurnalların təsisçiləri və baş redaktorlarındandır. Onlar öz fəaliyyətlərində dönüş yaradacaqlarını və bundan sonra «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın tələblərinə sayğısız yanaşmayacaqlarını bildirərək Şuradan «qara siyahı»dan çıxarılma ilə əlaqədar müvafiq ölçü götürməyi xahiş edirlər. MŞ İdarə Heyəti sonuncu iclasında bu müraciətlərin dəyərləndirilməsini «apellyasiya qrupu»na həvalə etmişdi. Bunun əsasında Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar «qara siyahı»dakı KİV-lərin bir qisminin bağışlanaraq oradan çıxarılması üçün yeni prinsip və şərtlərin müəyyənləşdirilməsi dayanıb.  

İclasda qrupun üzvlərindən millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas məsələ ətrafında fikir və mülahizələrini səsləndiriblər. Bildirilib ki, adları «qara siyahı»ya salınan nəşrlərin oradan çıxarılması ilə bağlı prosedurlar «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»da əksini tapıb. Lakin bu dəfəki bağışlanma yubileylə bağlı və əhv şəklində həyata keçirildiyindən istisna hal kimi yeni şərt və prinsiplərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb. İclasda həmin prinsip və şərtlər dəqiqləşdirilib. Bunların əsasında milli mətbuatın yubileyi ərəfəsində KİV-lər «qara siyahı»dan çıxarılacaq və ya orada saxlanılacaq. Ümumilikdə son qərar isə MŞ İdarə Heyəti tərəfindən veriləcək.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »