Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyəli jurnalistlər Azərbaycan Mətbuat Şurasınla olublar

-

Bu gün Tərəfsiz Jurnalistlər İctimai Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalist Azərbaycan Mətbuat Şurasında olub.

Türkiyə Qəzetəcilər Federasiyonunun sədr müavini Mehmet Ali Dimdən, «Alaniya posta» qəzetinin sahibi Mehmet Ali Gürsesdən, «Album» jurnalının sahibi Mehmet Çelikdən və «Alanya TV»nin baş direktoru Aykut Sipahioğludan ibarət heyət üzvlərini salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyə və Azərbaycan arasındakı qardaşlığın media müstəvisində də davam etdirildiyini əlamətdar cəhət kimi vurğulayıb.

Hər iki ölkə jurnalistlərinin türk dünyasının ortaq problemlərinə baxış bucağının uzlaşdırılmasının vacibliyini önə çəkən Amaşov eyni zamanda bildirib ki, mövcud istiqamətdə konkret sistemli iş birliyinin yaranması qaçılmaz prosesdir. Bu mənada istər Türkiyədəki, istərsə də Azərbaycandakı jurnalist qurumlarının, xüsusən də kütləvi informasiya vasitələrinin fəallığı müsbət nəticələr verməkdədir. Bununla belə deputat görüləcək işlərin çoxluğuna da diqqət çəkib.

Türkiyəli qonaqlar  çıxışlarında bildiriblər ki, qlobal informasiya müharibəsi şəraitində hər iki ölkənin labüd təzyiqlərdən uzaq olması üçün media quruluşları fəaliyyətlərini gücləndirməlidirlər, eyni zamanda təcrübə mübadiləsi məsələləri də ön planda olmalıdır.

Görüşdə qaldırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »