Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında yazıçı-jurnalist Saminə Hidayətqızının «Yüz türk qadını» kitabının təqdimatı keçirildi

Nəşrdə Azərbaycanın korifey sənətkarları ilə bağlı dəyərli bilgilərin toplanıb

Bu gün Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist Saminə Hidayətqızının «Yüz türk qadını» kitabının təqdimatı keçirilib.

 

Mərasimi giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov öncə müəllifin jurnalistlik fəaliyyət barədə danışıb. O bildirib ki, uzun illər müxtəlif mətbuat orqanlarında çalışmış S.Hidayətqızı özünəməxsus yaradıcılıq yolu ilə tanınan qələm sahiblərindəndir. Bu cəhət və hədsiz təvazökarlıq ona media ictimaiyyəti içərisində böyük hörmət qazandırıb. Xanım  jurnalist də özünün sənət nümunələri ilə etimadı doğrultmaqdadır. «Hesab edirəm ki, təqdimatına toplaşdığımız «Yüz türk qadını» kitabı da etimaddan, inamdan qaynaqlanmış dəyərli sənət məhsuludur. Kitab müəllifin «Sarı sim» rubrikası altında nəşrə hazırladığı yaradıcılıq nümunələrindən biridir. Məndə olan məlumata görə, Saminə xanım türk dünyasında misilsiz xidmətləri olmuş qadınlarla bağlı daha geniş layihələr realaşdırmaq niyyətindədir. Bu baxımdan ayrı-ayrı sahələrdəki fəaliyyətinə görə fərqlənmiş qadınların həyat və yaradıcılıqları, həyatlarındakı özəl ştrixlərlə zəngin hadisələrdən bəhs edən məqamları da qələmə almaq istəməsi xüsusilə əlamətdardır», - deyə o vurğulayıb. Ə.Amaşov S.Hidayətqızına MŞ-nin fəxri diplomunu təqdim edib.

 

Mədəniyyət və İncəsənət Universitetinin dosenti, dramaturq Əli Əmirli çıxışında «Yüz türk qadını» kitabındakı faktlardan söhbət açıb və bildirib ki, onlar xüsusiyyətinə görə nadir, eyni zamanda ensiklopedik səciyyə daşıyırlar. O, nəşrin tərtibatının da qeyri-adiliyinə, zövq oxşadığına diqqət çəkib.

 

Teatr Xadimləri İttifaqının əməkdaşı, tanınmış tarixçi alim Əzizə Cəfərzadənin qızı Kəmalə Cəfərzadə təqdimatı baş tutan nəşrdə Azərbaycanın korifey sənətkarları ilə bağlı dəyərli bilgilərin toplanmasını onun ən vacib xüsusiyyətlərindən biri kimi dəyərləndirib.

 

«Xalq cəbhəsi» qəzetinin baş relaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, kitabın nəfis tərtibatı müasir dövr üçün önəmli məqamdır. İkinci dəyərli xüsusiyyət kimi onun üz qabığında verilmiş azad qadın heykəlinin təsviridir. Xurafatın, cəhalətin hələ də cəmiyyətdə qaldığı bir dövrdə bu rəmz gözəl məna daşıyıcısıdır. Daha bir məqam orada ensiklopedik materialların yer alması, ümumən türk arealının tədqiqat predmeti kimi götürülməsidir. Makro mədəniyyətlərin mikro mədəniyyətləri üstələməyə doğru getdiyi bir dönəmdə türk toplumu ilə bağlı belə kitabların meydana gəlməsi çox vacibdir, türk mədəniyyətin böyüklüyünün isbatıdır. Kitab həmçinin Azərbaycanın türk mədəni toplumunun mühüm tərkib hissəsi kimi göstərilməsi baxımından da maraqlıdır.

 

Ombudsman aparatının mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Zemfira Məhərrəmli bildirib ki, «Yüz türk qadını» kitabına dəyər verən mühüm xüsusiyyətlərdən biri onun həyati detalları özündə cəmləşdirməsidir. Nəşrdə toplanmış məlumatlar tarixən türk qadınının ümumiləşdirilmiş obrazının canlandırılması baxımından müstəsna önəm daşıyır. O, kitabın gələcəkdə ingilis dilində də nəşr edilməsinin zəruriliyinə diqqət çəkib.

 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli S.Hidayətqızının rəhbərlik etdiyi qurumun bir sıra layihələrinin gerçəkləşməsinə böyük dəstək verdiyini vurğulayaraq, deyib ki, müəllif işinə məsuliyyətlə yanaşan, öz əməyi ilə qürrələnməyə layiq bir qələm sahibidir.

 

Təqdimatı keçirilən nəşri türk qadınlarının böyük nailiyyətlərə imza atmasının sübutu kimi dəyərləndirən Üzeyir Hacıbəyli irsinin tədqiqatçısı Səadət Qarabağlı onun müəllifinin gələcəkdə daha böyük yaradıcılıq uğurları qazanacağına əminliyini vurğulayıb.

 

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, «Yüz türk qadını» kitabının ən əlamətdar cəhətlərindən biri nəşrdə Azərbaycan ictimai fikrinin formalaşmısanda əvəzsiz xidmətləri olmuş şəxsiyyətlərin tale yollarına şahidlik etmiş və elə onlar qədər də xidmətlər göstərmiş qadınların adlarının yer almasıdır.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva S.Hidayətqızının müəllifi olduğu kitabı qadına dəyər mənasında mühüm ədəbiyyat nümunəsi kimi dəyərlindirib. O, belə əsərlər yaradan müəllifin gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını deyib.

 

Azərbaycan qadınının cəmiyyət həyatında həmişə öz sözünü dediyinə diqqət çəkən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova «Yüz türk qadını» kitabında həmin rolun konkret misallarla, yüksək peşəkarlıqla işıqlandırıldığını vurğulayıb. İ.Hüseynova çıxışında həmçinin S.Hidayətqızını istedadlı jurnalist kimi xarakterizə edən məqamlardan da söz açıb.

 

Şair, publisist Mirkazım Seyidov təqdimatı keçirilən nəşri turk qadınları haqqında qələmə alınması vacib dastanın mühüm tərkib hissəsi kimi dəyərləndirib və müəllifin bundan sonrakı yaradıcılığının həmin dastanın formalaşmasına mühüm töhfə verəcəyinə inamını ifadə edib. O bu kimi kitabların xaricdəki diaspor təşkilatları səviyyəsində təqdimatını da vacib sayıb.

 

«Elm və həyat» jurnalının redaktor müavini Ülkər Hüseynova türk dünyası qadınları ilə bağlı kitabda onların daha geniş fəaliyyət spektrinin əhatə edilməsinin vacibliyinə toxunub.

 

«Yüz türk qadını»nın naşiri, «Apostroff» nəşriyyatının rəhbəri Akf Dənzizadə təqdimatı keçirilən kitabı başçılıq etdiyi təşkilatın reklamı mənasında da böyük sənət nümunəsi olduğuna diqqət çəkib, onun geniş oxucu auditoriyası qazanacağına əminliyini bildirib.

 

Qeyd edək ki, «Yüz türk qadını» kitabının redaktoru, Azərbaycanın əməkdar jurnalisti Zakir Abbas nəşrin müəllifi S.Hidayətqızının həyat yoldaşıdır. Tədbirdə çıxış edən Z.Abbas iştirakçıların hər birinə təşəkkürünü bildirib, onlara xoş duyğularını çatdırıb. Eyni hisləri bölüşən S.Hidayətqızı həmçinin daha geniş miqyaslı sənət nümunələri ilə oxucularla görüşə gələcəyini vurğulayıb.

 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »