Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

«Xeber.info», «Arqument.az» və «Aia.az» saytlarına MŞ-nin xəbərdarlığı edilib

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclasını keçirib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 4 sayt barədə məsələyə baxıb.

Öncə Yardımlı Rayon İcra Hakimiyyətinin «Bizimxeber.az» saytı ilə bağlı müraciəti müzakirə olunub. Komissiya rəyə gəlib ki, şikayət doğuran yazılarda balansın gözlənilməməsi, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməməsi yazılarda digər etik pozuntulara da yol açıb. Nəticədə rayon rəhbərinin ünvanına real faktlara, dəlil-sübutlara söykənməyən fikirlər yayımlanıb. Komissiya şərəf və ləyaqətin təhqirinə, ictimai nüfuzun ləkələnməsinə yönələn cəhdlərin yolverilməz olduğunu əsas götürərək bu kütləvi informasiya vasitəsinə həmin materialların saytdan çıxarılmasını, təkzib, yaxud qarşı tərəfin mövqeyinin ifadəsini tapdığı məktubunun təqdim  olunmasını tövsiyə edib.

Komissiya şikayət məktubunda da bir sıra yolverilməz ifadələrin yer almasını məqbul hal  saymayıb.      .

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının «Xeber.info» və «Arqument.az» saytları ilə bağlı müraciətinin müzakirəsi hər iki KİV-ə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığının edilməsi ilə yekunlaşıb. Çıxarılan rəydə göstərilib ki, saytların bu il yanvarın 23-də yayımladığı eyni sərlövhəli və məzmunlu yazıda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələbləri pozulub. Araşdırılma aparılmadan, balans gözlənilmədən təqdim olunan mətbu materialda qərəz, sifariş icrası aşkar nəzərə çarpdığından jurnalistikanın ali prinsipi sayılan həqiqətə xidmət arxa plana keçib. Bunun nəticəsində yazıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına rəhbərlik edən şəxsin şərəf və ləyaqətinin təhqirinə, ictimai nüfuzunun ləkələnməsinə cəhdlər edilib.

Saytların baş redaktorları iclasda səslənən iradlarla razılaşıblar. Komissiya şikayət səbəb olan  materialların bu KİV-lərdən çıxarılmasını tövsiyə edib. Eyni zamanda bütün bunlar əsas götürülərək «Xeber.info» və «Arqument.az» saytlarına Azərbaycan Mətbuat Şurasının xəbərdarlığı olunub.      

Komissiya Azərbaycan İnformasiya Agentliyi («Aia.az» saytı) barədə də eyni ölçünü götürüb. Bu zaman nəzərə alınıb ki, saytın Abşeron Rayon Dövlət Arxivinə və onun rəhbərliyinə yanaşma tərzində, həmçinin təqdim etdiyi yazıda jurnalist imicinə xələl gətirən hallar mövcuddur. Belə hərəkət isə xəbərdarlıq üçün əsas verir.

 

 


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »