Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının YUNESKO-nun Moskva ofisi ilə birgə layihəsi çərçivəsində «dəyirmi masa» keçirilib

Tədbirdə layihə çərçivəsində jurnalistlər üçün hazırlanan təlim proqramı ətrafında müzakirələr gedib

Azərbaycan Mətbuat Şurasında MŞ-nin YUNESKO-nun Moskva ofisi ilə birgə müqaviləsinə əsasən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində reallaşdırdığı «Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması» layihəsi ilə bağlı «dəyirmi masa» keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov layihənin bu ilin avqustundan start götürdüyünü deyib. O bildirib ki, mövcud təşəbbüs rəhbərlik etdiyi qurumun, YUNESKO-nun Moskva ofisinin və YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin 2010-cu ilin sentyabrından 2011-ci ilin aprelinədək birgə həyata keçirdiyi «İqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdırılması (gücləndirilməsi) məqsədilə yayım jurnalistləri üçün təlim» layihəsinin davamıdır. Sözügedən layihə çərçivəsində «İqlim dəyişmələri və ekoloji stabillik» adlı kitabçanın nəşr olunduğunu deyən Şura sədri vurğulayıb ki, hazırda məqsəd həmin nəşrə və milli təhsil strategiyasının istiqamətlərinə yeni yanaşma əsasında təlim proqramı hazırlamaqdan və ekoloji mövzuda yazan jurnalistlər, jurnalistika fakultələrinin tələbələri və vətəndaş cəmiyyətinin üzvləri arasında ekoloji maarifləndirmə işlərinin aparılmasını gerçəkləşdirməkdir. O, gələcəkdə həmin proqramla bağlı elmi mexanizmin tətbiqinin vacibliyini qeyd edib: “Onu da bildirim ki, YUNESKO-nun dəstəyi ilə icra olunan layihənin rəhbəri Azərbaycan Mətbuat Şurası, icraçı tərəfdaşlar isə YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur. Layihə çərçivəsində hazırlanan proqram əsasında ali məktəblərdə tədrisin təşkilinə nail olmaq istiqamətində müəyyən hazırlıqlar görmüşük. Artıq bəzi prinsipial məsələlərdə razılıq da əldə olunub. Bununla bağlı işlər yekunlaşdıqdan sonra təlim proqramını çap edəcəyik”.

YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin rəhbəri Urxan Ələkbərov təlim proqramı haqqında geniş məlumat verərək bildirib ki, ekoloji problemlərin həllinə həm qlobal, həm də lokal müstəvidə yanaşmaq lazımdır. Hər iki halda mətbuat mühüm təbliğat vasitəsi kimi əhəmiyyətlidir. «Mətbuat bu prosesə necə töhfə verə bilər? İlk növbədə tarixən toplanmış bilik və təcrübələrin təbliğini qeyd etmək istərdim. Bilirsiniz ki, tarixən Azərbaycan xalqında ətraf mühitin çirklənməsinin qarşısının alınması, təmizliyə riayət olunması və sair bu kimi məsələlərlə bağlı təsəvvürlər formalaşıb. İkinci vəzifə ətraf mühitə müasir baxışın yaranmasını təmin etməkdir. Təbii mühit ətraf mühitin tərkib hissəsidir. Təbii mühitin öz komponentləri var və bu komponentlər ətraf mühitin idarə olunması prosesində yetərincə dərk edilməlidir. Üçüncü məsələ isə davamlı inkişafı formalaşdırmaqdır ki, bu inkişafda vacib rollardan birini yenə də ətraf mühitin qorunması oynayacaq. Elə etmək lazımdır ki, bu günün inkişafı gələcək nəsillərin inkişafını məhdudlaşdırmasın. Ümumən qeyd edim ki, son illərdə ölkəmiz davamlı inkişaf səviyyəsinə görə orta sıralardan ön sıralara yüksəlib. Bu işdə qeyri-hökumət təşkilatları, müvafiq qurumlarla yanaşı, medianın da rolu böyükdür. Həmin rolun daha da gücləndirilməsinə ehtiyac əlbəttə ki, var», - deyə o vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın YUNESKO-nun Moskva ofisi ilə birgə reallaşdırdığı layihənin əhəmiyyətli olduğunu əsaslandırarkən bildirib ki, təlim proqramında ətraf mühitin çirklənməsində və ekoloji stabilliyin pozulmasında təsadüf olunan konkret meyllər geniş göstərilib. Baş redaktor bütün bunların jurnalistlərin mövzu ətrafındakı biliklərinin dərinləşməsindəki roluna diqqət çəkib: «Çox zaman insanların ətraf mühitlə təmaslarındakı neqativ hallar məlumatsızlıqdan irəli gəlir. Bu boşluğu doldurmaq üçün media mühüm vasitədir. Hesab edirəm ki, bu proqram da medianın özünün maarifləndirilməsi, onun hadisə və proseslərə sistemli yanaşmasının təminatı baxımdan müstəsna önəm daşıyır».

MŞ sədrinin müavini, Beynəldxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu iqlim dəyişmələrini bəşəriyyət üçün mühüm problemlərdən biri kimi xarakterizə edərək bildirib ki, insanların bu dəyişmələrə ziyansız şəkildə uyğunlaşmalarında ekoloji maarifləndirmə mühüm amildir: «Mənim rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondu layihənin icraçı tərəfdaşlarındandır. Əflatun müəllim də qeyd etdi ki, bu layihə Şuranın YUNESKO-nun Moskva ofisi ilə birgə reallaşdırdığı layihənin davamıdır. Həmin layihə çərçivəsində www.mediaclimate.org <http://www.mediaclimate.org> saytı yaradılıb. Mən jurnalistləri həmin saytla əməkdaşlığa dəvət edirəm. Ekoloji mövzudakı yazılarınızın orada dərci mümkündür».

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında jurnalistlərin xüsusən də təbii ehtiyatlardan səmərəli istifadə sahəsindəki təbliğatda fəal iştirak etmələrinin zəruriliyinə toxunub. O bildirib ki, dünya üzrə baş verən mühüm demoqrafiq dəyişikliklər, xüsusən də əhalinin kəskin artımı təbii resursların tükənməsinə gətirir və bu halın ciddi fəsadlarla nəticələnməməsi üçün medianın səfərbəredici rolu artırılmalıdır. Layihə çərçivəsində hazırlanan təlim proqramı buna dəstək baxımdan müstəsna əhəmiyyətə malikdir.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »