Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında «İşıq» qəzetinin 100 yaşı qeyd ediləcək

Tədbirdə ölkəmizin qadın mətbuatının müasir durumu ətrafında da müzakirələr aparılacaq

Mətbuat Şurasında «İşıq» qəzetinin 100 yaşı qeyd ediləcək. İlk qadın qəzeti olan nəşrin yubileyinə həsr olunmuş mərasim martın 4-də saat 12.00-da baş tutacaq.

Tədbirdə «İşığ»ın yaranma tarixindən, saylarını ərsəyə gətirən insanlardan, mövzu dairəsindən, peşəkarlıq xüsusiyyətlərindən, milli jurnalistikamızın tarixindəki yeri və rolundan söhbət açılmaqla yanaşı, ölkəmizin qadın mətbuatının müasir durumu ətrafında da müzakirələr aparılacaq.

8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində baş tutacaq mərasimdə auditoriyanın əsasını ömür-gününü milli mətbuatımızla bağlayan zərif cinsin təmsilçiləri təşkil edəcək. Sahəni tədqiq edən alim və mütəxəssislər də tədbirə dəvət olunublar.

Qeyd edək ki, «İşıq» qəzetinin ilk sayı 22 yanvar 1911-ci ildə çıxıb. 1912-ci ilədək cəmi 68 sayı işıq üzü görən nəşrin redaktoru Xədicə Ələddin qızı Əlibəyova, naşiri Mustafa bəy Əlibəyov olub. «İşıq» maarifçi ideyalarla gündəmə gəlib, cəmiyyəti qadınların taleyini düşünməyi, müasirləşmənin qaçılmaz tarixi proses olduğunu təlqin edib, dövrünün ziyalı qadınlarını ətrafında cəmləşdirməyi bacarıb.



14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »