Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Gəncədə «Dövlət müstəqilliyimiz və media» mövzusunda ümumrespublika konfransı keçiriləcək

Tədbir dövlət müstəqilliyimizin bərpasının 20 illik yubileyinə həsr olunacaq

Oktyabrın ilk ongünlüyündə Gəncədə «Dövlət müstəqilliyimiz və media» mövzusunda ümumrespublika konfransı keçiriləcək. Dövlət müstəqilliyimizin bərpasının 20 illik yubileyinə həsr olunmuş toplantı Azərbaycan Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutacaq. Tədbirdə ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə dövlət rəsmiləri və ziyalılar iştirak edəcəklər.

Konfransda Azərbaycan mətbuatının tarixi ənənələrindən söhbət açılacaq, onun 1918-ci ildə dövlət müstəqilliyinin qazanılmasındakı rolu təhlil olunacaq, həmçinin XX əsrin sonlarına doğru müstəqilliyin bərpası yolundakı xidmətləri müzakirə olunacaq. Ötən 20 ildə medimızın əldə etdiyi uğurlar, üzləşdiyi problemlər ətrafında fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin milli müstəqilliyimizin əldə edilməsində müstəsna xidmətləri olan kütləvi informasiya vasitələrinin, eləcə də ayrı-ayrı jurnalistlərin mükafatlandırılmaları, fəxri fərmanlarla təltifi nəzərdə tutulur.

Qeyd edək ki, konfrans çərçivəsində müstəqil Azərbaycanın ilk paytaxtı olan Gəncədə 18 oktyabr tarixinə həsr olunmuş incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramının təşkili, həmçinin tarixi şəhərdə son vaxtlar həyata keçirilən işlərlə bağlı jurnalistlərin geniş məlumatlandırılması da nəzərdə tutulur.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »