Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının təşəbbüsü ilə Saatlıda şəhidin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

-

Yanvarın 20-də Saatlı rayonunun Gənclər Mərkəzində şəhid Fariz Novruzovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Bitməyən müharibənin qəhrəmanları» silsiləsindən hazırlanmış «Nigaran ruhlar» sənədli filmində cəbhə xəttindəki döyüşlərdə həyatını itirmiş Milli Ordumuzun gizirinin keçdiyi şərəfli ömür  yoluna nəzər salınıb. Öncə toplantı iştirakçıları Saatlının Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin anım tədbirinə qatılıblar. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun, 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşovun, yerli ictimaiyyətin nümayəndələrinin, həmçinin media təmsilçilərinin iştirak etdikləri tədbirdə rayon məktəblilərinin ifasında 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

«Nigaran ruhlar» sənədli filminin təqdimat mərasimində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 20 Yanvar tarixinin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını vurğulayıb. Müstəqillik illərində 20 Yanvar hadisələrinə düzgün hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı əsaslı işlərin aparıldığını diqqətə çatdıran icra başçısı mövcud istiqamətdəki fəaliyyətin əsasının Ümumilli Liderimizin Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkib. «Ulu Öndər faciənin ertəsi günü Moskvada bəyanatla çıxış etdi. 20 Yanvarı Azərbaycan xalqına qarşı cinayət adlandırdı. Bu, olduqca cəsarətli və qətiyyətli addım idi», - deyə o əlavə edib.

 

S.Cabbarov rəhbərlik etdiyi rayonda həm 20 Yanvar şəhidlərinin, həm də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin ailə üzvlərinin problemlərinə həssaslıqla yanaşıldığını deyib. Bu baxımdan ötən ilin noyabrında düşmənin açdığı atəş nəticəsində həyatını itirmiş F. Novruzovun xatirəsinin də uca tutulduğunu bildirib. İcra başçısı onu da diqqətə çatdırıb ki, deputat Ə.Amaşovun müvafiq dövlət qurumları ilə apardığı danışıqlardan sonra rayonda şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün nəzərdə tutulmuş yeni mənzillərin inşası işi sürətləndirilib və belə tədbirlər Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşlara qayğısının bariz göstəricisidir.

 

Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov çıxışına təqdimatı keçirilən sənədli film barədə məlumat verməklə başlayıb. Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının belə tədbirləri ənənəyə çevrilib. İndiyədək şəhid Fərid Əhmədov və Əhməd Abdullayev haqqında bu cür sənədli filmlərin ərsəyə gətirildiyi barədə məlumat verən deputat rejissoru tanınmış jurnalist Bəxtiyar Qaraca olan «Nigaran ruhlar» adlı ekran işinin Saatlı rayonunda nümayişinin əhəmiyyətinə toxunub: «Fariz bu torpağın yetirməsidir. Onunla əlaqədar filmin rayonunun hər yerində, ən əsası bütün təhsil ocaqlarında nümayişi vacibdir. Gənc nəsil qəhrəman övladlarımızı tanımalı, örnək götürməlidir», - deyə Ə.Amaşov əlavə edib.

 

Ə.Amaşov çıxışında həmçinin 20 Yanvarın xalqımızın taleyində oynadığı roldan da danışıb. «20 Yanvar tarixi insanımızı toplumdan xalqa çevirən qəhrəmanlıq salnaməsidir. Bu tarix daim yaddaşlarda qalmalıdır və qalacaq. Azərbaycan dövləti, şəxsən Prezident cənab İlham Əliyev məsələyə böyük həssaslıqla yanaşır. Hər il ölkə miqyasında, eləcə də dünyanın müxtəlif yerlərində 20 Yanvar şəhidləri anılır. Ən əsası isə bu, Azərbaycanın dünyaya haqq səsi, xalqımızın özünü təsdiq anı kimi təqdim olunur», - deyən Ə.Amşov əlavə edib ki, 26 il öncəki faciənin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılmasında mətbuat orqanlarının müstəsna əməyi olub. Belə nəşrlərdən biri də Saatlının indi də fəaliyyətini davam etdirən «Dönüş» qəzetidir. Qəzetdə faciə və onu törədənlər qətiyyətlə pislənmişdi.

 

Təqdimat mərasimində çıxış edənlərdən İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, Müharibə, əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı Saatlı rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı Əliağa Qurbanov və başqaları 20 Yanvarın təkcə faciə deyil, eyni zamanda qəhrəmanlıq, dirəniş tarixi kimi yad edilməsinin zəruriliyini əsaslandırıblar. Bu baxımdan Saatlı rayonunda keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Onlar eyni zamanda F.Novruzov kimi hər bir şəhidin adının doğulub boya-başa çatdığı rayonda əbədiləşdirilməsinin vacibliyini əsaslandırıblar.

 

Sənədli filmin nümayişindən sonra söz alan şəhid F.Novruzovun atası Əlabbas Novruzov övladının xatirəsini uca tutan hər kəsə təşəkkürünü bildirib.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »