Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası KİV materiallarının monitorinqinin nəticələrini açıqladı

“Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi 

Azərbaycan Mətbuat Şurası “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. 

Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Cavanşir Feyziyevin rəhbərlik etdiyi layihədən məqsəd kütləvi informasiya vasitələrinin bu aktual istiqamətdə mövzularının təqdimatını, jurnalistlərin Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun ölkə ictimaiyyətinə çatdırmalarını, həmçinin onların beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi proseslərə dolğun baxış bucağını formalaşdırmaq yolu ilə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.

Senytabr-noyabr aylarını əhatə edən monitorinqə 20 qəzet və 10 internet media resursu cəlb olunub. Monitorinq müəyyənləşdirib ki, ötən müddətdə beynəlxalq münasibətlər mövzusu ilə bağlı ümumilikdə 10375 material gedib. Aylar üzrə bölgü aparsaq, artımın olduğunu görə bilərik – sentyabr 3254, oktyabr 3487, noyabr 3634. 10375 materialın 5294-ü qəzetlərin (aylar üzrə müvafiq olaraq – 1647, 1793, 1854), 5081-i elektron resursların (aylar üzrə müvafiq olaraq – 1607, 1701, 1773) payına düşür. Monitorinqə cəlb olunmuş internet media resurslarının sayı qəzetlərdən iki dəfə az olub. Buna görə də onlarda qeydə alınmış 5081 rəqəmi qəzetlərin 5294 rəqəmindən üstün göstərici sayıla bilər.

Qəzetlərdən beynəlxalq mövzudakı materialların daha çox dərci baxımından ilk beşliyi “525-ci qəzet”, “Xalq cəbhəsi”, “İki sahil”, “Ekspress”, “Şərq” tutur. Elektron media resursları üzrə eyni göstərici baxımdan ilk üçlük belədir: AzərTAc, APA, Trend İA. 


Qəzetlərdə və internet media resurslarında beynəlxalq təşkilatlarla əməkdaşlığa dair 2576, Dağlıq Qarabağ münaqişəsi müstəvisindəki təmaslarla bağlı 1710, Avropa ilə münasibətlər, Qərbə inteqrasiya mövzusunda 1691, Azərbaycanın Cənubi Qafqaz regionundakı mövqeyi, qonşuluq münasibətləri ilə əlaqədar 1395, ABŞ və Amerika qitəsi ölkələri ilə əlaqələri nəzərdə tutan 1080, Müstəqil Dövlətlər Birliyi məkanı ilə əlaqələri əks etdirən 912 material gedib. Materialların diqər qismi Asiya, Afrika, Avstraliya və Okeaniya hövzəsində yerləşən ölkələrlə əməkdaşlığa aiddir. 


10375 materialın 6962-i siyasi, 1747-i iqtisadi, 1149-i mədəni, 517-i isə elm sahəsindəki əməkdaşlığa həsr olunub. Janrlara gəldikdə isə, 8579 material xəbər, 968 material müsahibədir. Analitik materialların sayı isə 828-dir. 


Xəbər janrında olan materiallar digərlərini aşkar şəkildə üstələyir. Bu isə o deməkdir ki, KİV-lər beynəlxalq mövzudakı analitik məzmunlu materiallara, eləcə də müsahibələrə çox az yer veriblər. Ümumən janr rəngarəngliyi baxımdan qəzetlər daha üstündürlər. Əgər qəzetlərdə getmiş 5294 materialın 3756-ı xəbər, 847-i analitik məzmunlu, 691-i müsahibədirsə, elektron media resurslarındakı 5081 materialın 4823-ü xəbər, 137-i müsahibədir. Yalnız 121 material analitik məzmunludur. 

Ümumən beynəlxalq aləmdə baş verən proseslərə, eləcə də Azərbaycanın qlobal beynəlxalq arenadakı vəziyyətinə dair müsahibələrə və analitik məzmunlu materiallara az yer verilməsi, daha çox bu mövzudakı xəbər janrına müraciət monitorinqin diqqət çəkdiyi başlıca göstəricidir. Lakin ötən üç ayın nəticələrinə müqayisəli yanaşsaq, müsahibələrdə sentyabr ayı üçün qeydə alınmış 270 rəqəminin oktyabrda 341, noyabrda isə 357-ə, habelə analitik məzmunlu materialların sentyabr ayındakı 174 göstəricisinin oktyabrda 353-ə çatması nikbinlik doğurur. Hərçənd cədvəldən də göründüyü kimi, noyabr ayında analitik məzmunlu materialların sayında yenidən geriləmə müşahidə olunub.

Monitorinqdə xüsusi olaraq jurnalistlərin sırf qlobal miqyaslı beynəlxalq siyasi proseslərə baxış bucağını əks etdirən materiallara da diqqət yetirilib. Bununla bağlı materiallar qruplaşdırılıb.

Qeyd edək ki, Mətbuat Şurası mövcud layihə çərçivəsində dekabrın sonlarında “Beynəlxalq münasibətlər mövzusu kütləvi informasiya vasitələrində” adlı konfran keçirəcək. Eyni zamanda gələn il layihə çərçivəsində jurnalistlər arasında yazı müsabiqəsinin təşkili də nəzərdə tutulur. 

 


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »