Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası Rafiq Tağıya sui-qəsdlə bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb

Əflatun Amaşov Klinik Tibbi Mərkəzdə olub

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıçı-jurnalist Rafiq Tağının səhhəti ilə maraqlanmaq üçün Klinik Tibbi Mərkəzdə olub. Xəstəxanın baş həkimi və yazıçı-jurnalisti əməliyyat edən həkimlərlə görüşən Şura sədrinə məlumat verilib ki, R.Tağının vəziyyəti ağır olsa da, hələlik həyati təhlükəsi yoxdur.

Bu gün həmçinin Azərbaycan Mətbuat Şurası R.Tağıya sui-qəsdlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, baş vermiş hadisə ilə əlaqədar Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış cinayət işi, eləcə də prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər məsələyə həssas münasibət göstərildiyini deməyə əsas verir. Müraciətdə eyni zamanda bildirilir ki, media ictimaiyyətində belə bir xoşagəlməz halın R.Tağının son vaxtlarkı mətbu çıxışları ilə bağlılığına dair fikirlər yayılmaqdadır. Bütün bunlara görə hadisəyə hüquqi qiymətin verilməsi, günahkarın və ya günahkarların tezliklə tapılaraq qanun qarşısında cavab vermələrinin təmin olunması vacibdir.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »