Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
"Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" layihəsi çərçivəsində tədbir keçirilib

Mətbuat Şurasının sədri Əflatun Amaşovun həmin tədbirdəki çıxışını təqdim edirik

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birlikdə 5 iyun Ümumdünya ətraf mühit günü ilə əlaqədar jurnalistlər arasında müsabiqə elan edib. Bununla bağlı bu gün ETSN-də tədbir keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşovun həmin tədbirdəki çıxışını təqdim edirik:

“Hörmətli tədbir iştirakçıları, konfransda qaldırılan məsələlərə böyük önəm verərək, digər vacib məqamlar üzərində də dayanmaq istərdim.
Cənab Hüseynqulu Bağırovun da aramızda olmasından istifadə edərək, “Jurnaslistika və ekologiya: problemlər, perespektivlər” mövzusunda geniş elmi-praktik konfransın təşkili zəruriyyətindən danışmaq istərdim. Bu tədbir ümumiyyətlə mediamıza, bütövlükdə cəmiyyətimizə nə verə bilər?

Konfrans ilk növbədə 15 ildə ölkəmizdə yaranmış ekoloji jurnalistikamızın mövcud durumu, inkişaf perspektivləri ətrafında geniş fikir mübadilələri aparmaq imkanı yarada bilər. Biz bunu həmin müddətdə medianın təqdim etdiyi materialları təhlil etməklə mövcud tendensiyaları müəyyənləşdirə bilərik.

KİV-lərimiz ekoloji təfəkkürümüzün, ekoloji maarifləndirmənin formalaşmasında nə kimi rol oynay;r? Ümumiyyətlə mediamız ekoloji problemləri tam əhatə edirmi, ictimai fikri bu problemlərin həllinə istiqamətləndirə bilirmi? Həmin materialların peşəkarlığı hansı səviyyədədir? Dil, üslub keyfiyyətləri necədir? Bütün bunlar konfrans üçün zəruri mövzular verir.
İstərdim ki, fürsətdən istifadə edib ekoloji jurnalist kadrları hazırlanması məsələsi üzərində də dayanım. Düzdür, cənab nazir qeyd etdi ki, Nazirliyin nəznində belə məktəb fəaliyyət göstərir. Amma bu işlərin davamı kimi təklif edərdim ki, təcrübəli ekoloqlarımız univerisitetlərimizin jurnalistika fakültələrində bəhs olunan mövzuya dair mühazirələrilə çıxış etsinlər.Məncə ekoloji jurnalistlər məktəblərinin yaradılması vacibdir. Onların əsasən, jurnalist qurumlarının və ya fakültələrinin nəzdində fəaliyyət göstərməsi daha effektiv ola bilər.
Məktəblərdə ilk növbədə ekoloji media-kommunikasiya üzrə ixtisaslaşmanın konsepsiyası hazırlana, bu sahəyə meyilli tələbələrin tanınmış mütəxəssislərlə müntəzəm görüşləri reallaşdırıla və çox saylı seminarlar, konfranslar keçirilə bilər. Bütün bunlar KİV-lərimizin ekologiyadan yazan journalist kadrı axtarışlarına təkan verə bilər
Diqqətinizə görə sağ olun. ”


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »