Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı keçirilən yazı müsabiqəsi yekunlaşıb

Mətbuat Şurasında ümumilikdə müsabiqəyə təqdim olunan 72 yazının müəllifinin hər biri mükafatlandırılıb

Azərbaycan Mətbuat Şurasının və «Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyasının Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı keçirdiyi müsabiqə yekunlaşıb.

Müsabiqəyə material qəbulunun aparıldığı 20 yanvar-20 fevral 2012-ci il tarixlərində hər gün MŞ-də fəaliyyət göstərən işçi qrupuna sənəd qəbulu həyata keçirilib.

Yazılar üçün dil, həcm, üslub və janr məhdudiyyətinin qoyulmadığı müsabiqəyə 72 material təqdim olunub. Həmin materiallar ümumilikdə 42 media orqanında (34 qəzet, 8 elektron media vasitəsi olmaqla) gedib. Onlardan ikisi bölgə mətbuatıdır (3 material). Yazılardan biri rus dilindədir.

Müsabiqəyə təqdim olunan materialları MŞ və «Akkord» STİK tərəfindən tərkibi birgə müəyyənləşdirilən 5 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib.

Münsiflər heyətində Müşfiq Ələsgərlinin (MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri), Rəşad Məcidin (MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru), Cahangir Məmmədlinin (BDU-nun jurnalistika fakultəsinin profussoru), Şamil Vəliyevin (BDU-nun jurnalistika fakultəsinin profussoru) və Emin Eminbəylinin (müstəqil jurnalist) adı yer alıb.

Azərbaycan Mətbuat Şurası və «Akkord» STİK müsabiqə mövzusunun aktuallığını, media nümayəndələrinin sahəyə marağını, eləcə də təqdim olunan nümunələrin jurnalist peşəkarlığına əsaslanaraq təqdimatını, xüsusən Xocalı faiciəsinə həssas yanaşmadan irəli gələn müxtəlif təqdimat tərzinin mövcudluğunu nəzərə alaraq belə qərara gəlib ki, müsabiqədə fəxri yerlərə layiq görülən yazılarla yanaşı, digər materiallar da həvəsləndirici mükafatla qiymətləndirilsin.

Beləliklə bu gün Mətbuat Şurasında ümumilikdə müsabiqəyə təqdim olunan 72 yazının müəllifinin hər biri mükafatlandırılıb.

Müsabiqənin laureatları isə aşağıdakılardır:

I yer - 1 nəfər - 1000 manat - Səxəvət Həmid, «Mərkəz» qəzeti

II yer - 2 nəfər - 800 manat. - Pünhan Əfəndiyev, «Modern.az» saytı
Elnur Hacıalıyev, «Azərbaycan» qəzeti

III yer - 3 nəfər - 500 manat -

Ulduzə Qaraqızı, «Ekspress» qəzeti

Əfsun Sucayev, «Üç nöqtə» qəzeti

Ramiz Mikayıloğlu, «Lent.az» saytı


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »