Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında hərbi jurnalistin kitabının təqdimatı keçirilib

 «İlk briqadanın ibrətli döyüş dərsləri» kitabı

Bu gün Mətbuat Şurasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlunun «İlk briqadanın ibrətli döyüş dərsləri» kitabının təqdimat mərasimi keçirilib. 


Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, cəmiyyətdə vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyac duyulmaqdadır. Bu hissin aşılanmasında müharibədə iştirak etmiş şəxslərin qələmə aldıqları kitabların roluna toxunan Ə.Amaşov belə nəşrlərin gənc nəslə örnək kimi təqdim edilməsinin zəruriliyini əsaslandırıb. O, «İlk briqadanın ibrətli döyüş dərsləri» kitabının bu mənada böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ə.Amaşov ərsəyə gətirdiyi yaradıcılıq nümunəsinə görə İ.Məsimoğlunu MŞ-nin diplomu ilə təltif edib. 


Hərbi jurnalist və ekspert Üzeyir Cəfərov qəhrəmanlıq salnaməsi yaradan şəxslərin keçdikləri döyüş yolunun öyrənilməsinin vacibliyini bildirib. O qeyd edib ki, mövcud istiqamətdəki işlərin gücləndirilməsi üçün onlara mütəmadi şəkildə müraciət olunmalı, bu fəaliyyət sistemli şəkildə aparılmalıdır. O, təqdimatı keçirilən nəşri bu baxımdan mühüm mənbə kimi dəyərləndirib.


Cəbhədə keçdiyi döyüş yolundan bəhs edən 701 saylı hərbi hissənin Veteranlar Şurasının sədri  Əlirza Qənizadə kütləvi vətənpərvərlik təbliğatını nəzərdə tutan kitabların çapını cəmiyyətdə ruh yüksəkliyi yaradan mühüm vasitələrdən biri olaraq qiymətləndirib. Söhbətini Kəlbəcərdə düşmən qüvvələrinə qarşı vuruşmuş azərbaycanlı döyüşçülərin rəşadəti barədə fikirlərlə davam etdirən Ə.Qənizadə bildirib ki, həmin şəxslərin igidlikləri olmasaydı, Kəlbəcərdə xalqımıza qarşı ikinci soyqırım baş verəcəkdi. O, çıxışında həmçinin sözügedən bölgə ilə bağlı həqiqətlərin dünyaya tanıdılmasında bu cəhətə söykənilmənin əhəmiyyətini əsaslandırıb. 


MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas hərbi vətənpərvərlik təbliğatının düzgün qurulmasında ömrünü-gününü torpaqlarımızın müdafiəsinə həsr etmiş şəxslərin əməyindən istifadənin vacibliyini önə çəkib. Belə adamların ictimai həyatda aktiv iştirakının təminatı üçün stimullaşdırıcı tədbirlərin təşkilinə ehtiyacın duyulduğunu deyib. 


Tədbirdə çıxış edənlərdən «Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi» MMC-nin şöbə rəisi Arzuman Kosayev, müharibə veteranları Füzuli Rzaquliev, Habil Şirinov, Bəhrəm Əzimov, İntiqam Mirzəyev, jurnalistlər Anar Vəziroğlu, Müzahim İsmayılzadə və digərləri təqdimatı keçirilən nəşrin spesifik cəhətlərinə toxunaraq onun Azərbaycanın yaxın keçmişimizin tarixi ruhunun yaşadılması baxımından önəminə toxunublar.  


Sonda çıxış edən İ.Məsimoğlu yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 


Qey edək ki, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsim oğlu İsgəndərov Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Bir sıra mətbu orqanlarda çalışıb. 701 saylı hərbi hissənin tərkibində Kəlbəcər, Füzuli, Ağdam və Tərtərdə erməni işğalçılarına qarşı hərbi əməliyyatlarda iştirak edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin orqanı olan «Azərbaycan Ordusu» qəzetində müxtəlif vəzifələrdə çalışmış İ.Məsimoğlu 9 il «Hərbi bilik» və «Hərbi bülletenlər» jurnalları redaksiyasının baş redaktoru vəzifəsində xidmətdən sonra ehtiyata buraxılıb. «İlk briqadının ibrətli döyüş dərsləri» kitabı hərbi jurnalistin işıq üzü görən sayca ikinci kitabıdır. 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »