Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası İdarə Heyəti iclasını keçirib

-

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyəti iclasını keçirib. MŞ sədri Əflatun Amaşov iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. İH üzvləri müzakirələrdən sonra 4 məsələnin gündəliyə daxil edilməsi razılığına gəliblər.

Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərinin qəbulu məsələsinə baxılıb. Bu məqsədlə MŞ-yə müraciət edən KİV-lərin rəhbərlərinə suallar verilib. İdarə Heyəti üzvləri “Yeni həyat”, “İrəvanın səsi”, “KATV1” qəzetlərinin, “Azərbaycan”, “Azərbaycan məktəbi”, “Günəş” jurnallarının, AJB.az, Strategiya.az saytlarının və “Yazıçı” nəşriyyatının Azərbaycan Mətbuat Şurası sıralarına qəbul olunması barədə qərarlar çıxarıblar.

Sonra MŞ-nin Şikayətlər üzrə Komissiyası və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarlar qəbul olunub. “Kafkaz news” və “Azad Azərbaycan Respublikası” qəzetlərinin adlarının Mətbuat Şurasının “qara siyahı”sına salınması məqsədə uyğun hesab edilib. “Demokratiya.info” saytına və “Poliqon” İnformasiya Agentliyinə (pia.az) ciddi xəbərdarlıq olunub. Daha 3 KİV barədə də ölçü götürülüb. Belə ki, “Azadlıq” və “IV hakimiyyətin səsi” qəzetlərinə, həmçinin Jurnalist Araşdırma Mərkəzinə (jam.az) MŞ-nin xəbərdarlığı elan olunub.

İclasın sonunda Mətbuat Şurasının Ali Media Mükafatının 2014-cü il üçün laureatlarının adları müəyyənləşdirilib. Mükafatların iyulun 22-də Bakının “Altun Saray” restoranında keçiriləcək milli mətbuatımızın 139 illiyinə həsr olunmuş mərasimdə təqdimatı qərarlaşdırılıb


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »