Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan milli mətbuatının 135 illik yubiley tədbirlərinə Yevlaxdan başlanıldı

Yubileylə bağlı «Azərbayсan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda konfrans keçirildi

Bu gün Yevlax Şəhər Elektron Kitabxanasında «Azərbayсan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda konfrans keçirilib. Bu konfransla Azərbayсan Respublikası prezidenti İlham Əliyevin «Azərbayсan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında» 17 iyun 2010-сu il tarixli sərənсamından irəli gələn tədbirlərin iсrasına başlanılıb. 

Tədbirə Prezident Administrasiyasının, Azərbayсan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbayсan Mətbuat Şurasının, həmçinin rayon və ətraf rayonların dövlət qurumlarının təmsilçiləri, bölgə qəzetlərinin redaktorları iştirak ediblər. Konfrans iştirakçıları önсə ümumilli liderimiz Heydər Əliyevin Yevlax şəhərindəki abidəsini ziyarət ediblər.
  
Yevlax şəhər iсra hakimiyyəti başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar ölkə miqyaslı tədbirlərə bu bölgədən başlanılmasını bütün yevlaxlılar üçün yüksək etimad kimi dəyərləndirib. O, Yevlaxın «Kür» qəzetinin 75 yaşının da yubiley ilinə təsadüf etdiyini vurğulayaraq bu tarixin də tezliklə geniş miqyasda qeyd olunajağını bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev ölkə başçısının müvafiq sərəncamında Azərbaycan mətbuatının təşəkkülü və inkişafının dolğun ifadəsini tapdığını vurğulayıb, bunun kifayət qədər ətraflı mövzu olduğunu diqqətə çatdırıb, konkret məqamlar barədə təhlillər verib. 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təməli Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti ilə yaradılan milli jurnalistikamızın 135 ildə keçdiyi yol barədə söhbət açıb. O bildirib ki, bu bayram milli müstəqilliyimizin xalqımıza bəxş etdiyi ən böyük nemətdir. Şura sədri yubileyin belə geniş miqyasda keçirilməsinin yalnız Həsən bəyə, onun «Əkinçi»sinə, məsləkdaşlarına, davamçılarına verilən qiymət deyil, həm də mediamızın on illər boyu keçdiyi şərəfli yola baxış kimi dəyərləndirib.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun fəaliyyəti barədə ətraflı söhbət açıb. O, fondun keçirdiyi müsabiqələr, konfranslar, seminarlar barədə danışaraq bölgə qəzetlərinin bu istiqamətdə reallaşdırlığı tədbirlərdə fəal iştirakını önə çəkib. 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu çıxışında hələ 5 il əvvəl keçirilən yubileydə rəhbəri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən «Əkinçi» qəzetinin bütün saylarının latın qrafikası ilə buraxıldığını, parlaq irsin təbliği sahəsində işlərin ardıcıllıqla davam etdirildiyini deyib. 

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkə mediasının maddi-texniki durumunun yaxşılaşdırılması, peşəkar jurnalist kadrlarının hazırlanması, mətbuatın saf təməllər üzərində inkişafını təmin edən tədbirlərin kütləvi informasiya vasitələrimizin tələblər səviyyəsində formalaşmasına verdiyi təkandan söhbət açıb. Millət vəkili İlham Məmmədovun da çıxışında əsasən həmin cəhətlərə toxunulub. 

Konfransda «Yeni Tərtər» qəzetinin redaktoru Tofiq Yusif, Goranboy qəzetinin redaktoru Fəxrəddin Xəlilov, «Kür» qəzetinin redaktoru Əminə Yusifqızı, Mingəçevir qəzetinin redaktoru Naib Rüstəmov, Ağcabədi RİH-in şöbə müdiri Rəhilə Şükürova və başqaları ölkədə medianın inkişafı ilə bağlı tədbirlərin bölgə mətbuatına da geniş tətbiqinin arzu olunduğunu bildiriblər.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »