Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası və Azərbaycan Dillər Universiteti birgə «dəyirmi masa» keçirdi

 «Azərbaycanın xarici dilli KİV-lərinin durumu və perspektivlər» 

Bu gün Azərbaycan Dillər Universitetində «Azərbaycanın xarici dilli KİV-lərinin durumu və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirilib. Azərbaycan Mətbuat Şurası və ADU-nun birgə düzənlədikləri tədbirdə MŞ İdarə Heyətinin üzvləri, ölkəmizdə fəaliyyət göstərən xarici dilli kütləvi informasiya vasitələrinin rəhbərləri, ekspertlər iştirak ediblər.

«Dəyirmi masa»nı universitetin ictimaiyyətlə əlaqəlar və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova açaraq müzakirə olunan mövzu barədə məlumat verib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, mövcud müzakirələr KİV-lərimizin tipologiyasının spesifik, həm də olduqca əhəmiyyətli bir sahəsinin durumu, həllini gözləyən vəzifələrin konkretləşdirilməsi baxımdan əhəmiyyətlidir. Şura sədri mətbuat tariximizə nəzər salaraq vurğulayıb ki, anna dilli mətbuatımızın təmələ «Əkinçi» qəzeti ilə qoyulsa da, Azərbaycan ziyalılarının fikir və düşüncəsini bölüşmək məqsədilə üz tutduqları ilk qəzet 1821-ci ildə çıxan «Tiflisskie vedomosti» olub. O, rusdilli «Kaspi»nin müstəqillik məfkurəsinin aşılanmasında misilsiz rol oynadığını söyləyərək nəşrin ənənəsinin müasir dövrdə yeni çalarlarla zənginləşdirildiyini vurğulayıb.

Şura sədri müstəqillik illərində ölkəmizdə xaricidilli medianın inkişafda olduğunu konkret faktlarla göstərib: «Hazırda Azərbaycan 54 qəzet və jurnal, 7 informasiya agentliyi xarici dilli mediaya mənsubdur ki, bu da fəaliyyətdə olan KİV-lərimizin 10 faizdən çoxunu təşkil edir. Qəzet və jurnallar, informasiya agentlikləri rus, ingilis, fransız, ərəb və fars dillərində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması kimi mühüm missiyanı həyata keçirirlər. Onların fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac var».

MŞ İdarə Heyətinin üzvü, «Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı rusdilli mətbuatımızla bağlı spesifik məsələlərin şərhini verib. O, Azərbaycanın postsovet məkanına daxil olan ölkə kimi tarixinin 200 ilə yaxın dövrünün Rusiya ilə bağlılığına toxunaraq vaxtilə dövlət, hakimiyyət dili kimi bu dili bilməyin zəruriliyini xatırladıb: «Bu gün isə Azərbaycanda rus dilində çıxan qəzetlər heç də rus qəzetləri deyil, onlar Azərbaycan qəzetləridir. Nə qədər ki, iqtisadi cəhətdən tələbatı doğruldacaqsa və cəmiyyətdən çağırış olacaqsa, bu qəzetlər çıxacaq».

«Assa iradə» İnformasiya Agentliyinin baş direktoru, «Azərnyus» qəzetinin baş redaktoru Fazil Abbas: «Azərbaycan həqiqətlərini ingilisə də həzm etdirməyi bacarmalıyıq. Ölkəmiz müstəqillik qazandıqdan sonra onun sərvətləri kimi milli mediası da xalqımızın əlinə keçib. Biz 1997-ci ildə Azərbaycanın ilk ingilis dilli qəzeti olan «Azərnyus»u bu məqsədlə təsis etdik».

Z.Kazımovanın məruzəsində isə ölkənin fransız dilli mətbuatının durumu təhlilini tapıb. O, baş redaktoru olduğu «Le Carrefour» qəzetinin əsas məqsədinin Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələrin inkişafına töhfə vermək, fransızları və ümumilikdə əcnəbiləri ölkəmizdə baş verən hadisələrlə məlumatlandırmaq, vətənimizlə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, dəyərlərimizin təbliğ olduğunu nəzərə çatdırıb.

Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidov belə mötəbər tədbirin üçüncü dəfə rəhbərlik etdiyi təhsil ocağında keçirildiyini xatırladıb. O, universitetin media ilə əlaqələrinin sıxlaşdığına, bu məqsədlə yaradılan mətbuat xidmətinin təcrübədə özünü doğrultduğuna diqqət çəkib: «2012-2013-cü tədris ilindən ADU-da jurnalistika bölməsi də fəaliyyətə başlayacaqdır. Bu isə «dəyirmi masa»mızı gələcək proseslərə hazırlığın tərkib hissəsi kimi dəyərləndirməyə əsaslar verir. Jurnalistika mənim üçün elmdir. Dünyaya inteqrasiyada elmə uyğun tendensiyalar burada da olmalıdır».

S.Seyidov Azərbaycan həqiqətlərinin dünyaya aşılanmasında medianın böyük imkanlarının təhlilini verərkən başlıca məsələnin dildə deyil, eyni zamanda üslubda olduğuna da diqqət çəkib.

ADU-nun filologiya fakultəsinin dekanı, professor Fikrət Cahangirov xarici dilləri bilən media mənsublarının hazırlığı prosesinin əhəmiyyətindən söhbət açıb.

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid ADU-da növbəti ildə jurnalistika bölməsinin açılmasını önəmli hadisə kimi dəyərləndirib. Bunun Azərbaycanda və onun hüdudlarından kənarda ümumi işə fayda gətirəcəyinə əminliyini deyib.

«Pillələr» qəzetinin baş redaktoru Şöhlət Abbas ali məktəbdə 2012-ci ilin elektron universitet ili elan edilməsini media ilə işə verilən önəm nümunəsi hesab edib.

«Trend» İnformasiya Agentliyinin təmsilçisi Elçin Hüseynov çalışdığı media qurumunun rus, ingilis, fars və ərəb dillərində də informasiyalar yayımladığına diqqəti çəkərək xarici dillərlə bağlı redaksiyaların peşəkarlara ciddi ehtiyacından danışıb. O əlavə edib ki, ADU-da yaradılacaq yeni jurnalistika bölməsi «Trend»in də bu sahədəki ehtiyacının ödənilməsində səmərəli rol oynaya bilər.

«Dəyirmi masa»da AzTV-nin «Night news» proqramının baş redaktoru Şaiq Məmmədov və BBC ilə 20 ildən çox əməkdaşlıq edən Azər Xəlilov da müzakirə olunan məsələlərlə bağlı fikir və rəylərini bildiriblər.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »