Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinin ELANI

-

    ​                      

Müsabiqənin məqsədi

Müsabiqənin məqsədi Azərbaycanın müasir vergi sistemi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında vətəndaş və jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

 

I. Müsabiqəyə təqdim olunacaq yazıların mövzu istiqamətləri

 

1. Yeni iqtisadi inkişaf modelinin formalaşmasında vergi siyasətinin rolu; 

2. Vergi təbliğatı: dövlət tərəfindən müəyyən edilmiş vergiləri ödəmək hər kəsin konstitusiya borcudur; 

3. Dövlət və vergilər: Dövlət büdcəsinə ödənilən vergilər nəyə xərclənir?; 

4. Vergidən yayınma nə ilə nəticələnə bilər və bu hansı məsuliyyət yaradır?; 

5. Vergi sisteminin və sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması;

6. Vergi ödəyicilərinə xidmətlər biznesin idarəedilməsinin asanlaşdırılması vasitəsi kimi; 

7. Elektron vergi xidmətlərinin tətbiqi innovativ islahatların “açarı” kimi; 

8. Nağdsız ödənişlərin stimullaşdırılmasının vergi daxilolmalarının artmasına təsiri. 

 

II. Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

 

  I yer ​ -  ​1000 manat (1 mükafat)

II yer ​- ​800 manat (2 mükafat) 

III yer ​- ​500 manat (2 mükafat)

Həvəsləndirici mükafatlar – 200 manat (5 mükafat)

 

III. Müsabiqə şərtləri

 

Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakılara üstünlük veriləcək;

1. Materialların mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

2. Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

3. İfadə vasitələrinin zənginliyi;

4. Oxucu üçün informasiyalılıq dərəcəsi;

5. Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.

Müsabiqəyə 2016-cı ilin may ayının 25-dən iyul ayının 15-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Qaliblərin adları 2016-cı il iyul ayında Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda “Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir” qeydi olmalıdır.

Qeyd: Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində dərc olunan yazılar müsabiqəyə qəbul olunmur.

 

IV. Yazıların qiymətləndirilməsi

 

Müsabiqəyə qəbul olunmuş materiallar Vergilər Nazirliyi və Mətbuat Şurasının müəyyən etdiyi xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

 

V. Yazıların təqdim edilməsi

 

Müsabiqə üçün yazılar ayrıca zərfdə təqdim olunmalıdır.

Yazıya aşağıdakı materiallar da əlavə olunmalıdır:

▪ yazı təqdim edən şəxsin harada işlədiyini təqdiqləyən sənədin surəti;

▪ yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

▪ yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev, iş və mobil telefonu;

▪ müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);

▪ yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

▪ materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi;

▪ diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

▪ yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Müsabiqə üçün yazılar may ayının 25-dən iyul ayının 15-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) və Bakı şəhəri, Ə.Haqverdiyev küç., 60 ünvanında qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

 

Əlaqə telefonları: ​(+99412) 441 35 30

 (050) 534 93 26

​​(055) 201 99 26

(+99412) 403 87 90

(050) 254 25 52

(+99412) 403 87 88

(050) 254 02 62

 

Məsul əlaqələndiricilər: ​

Əvəz Rüstəmov (Mətbuat Şurası)

​Rövşən Məmmədov (Vergilər Nazirliyi)

Şahin Məmmədov (Vergilər Nazirliyi)


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »