Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Qarabağ mövzusu və Xocalı soyqırımı

Azərbaycan Mətbuat Şurası «Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə birgə bu mövzuda müsabiqə elan edir

 

Azərbaycan Mətbuat Şurası «Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə birlikdə Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı yazı və publisistik məqalələrin müsabiqəsini elan edir. Müsabiqə yanvar ayının 20-dən fevral ayının 20-dək aparılacaq.

Müsabiqəyə 2011-ci ilin son iki ayında və 2012-ci ilin əvvəlində sənəd qəbulunun başa çatdığı günədək qəzet, jurnal, informasiya agentliklərində, xəbər portallarında dərc olunmuş nümunələr verilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Məqalələr iş günləri saat 10.00-dan 17.00-dək müsabiqə üzrə Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərəcək işçi qrupuna təqdim olunmalıdır.

Hər bir iştirakçı elektron və çap variantında olmaqla 1 material təqdim edə bilər. İştirakçılar materialların KİV-də və ya internet portalda getdiyini təsdiqləmək üçün müvafiq KİV-in sayını, həmçinin elektron linki də əlavə etməlidirlər.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

I yer - 1 nəfər - 1000 manat.

II yer - 2 nəfər - 800 manat

III yer - 3 nəfər - 500 manat

Həvəsləndirici mükafat - 10 nəfər - 200 manat.

Müsabiqə qaliblərinə mükafatlar hər iki qurumun Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində birgə təşkilatçılığı ilə keçirəcəkləri mərasimdə təqdim olunacaq.

Qeyd edək ki, müsabiqə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının maliyyə dəstəyi ilə reallaşan «Qarabağ mövzusu və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində keçirilir. Hər iki qurumun birgə layihəsindən məqsəd medianın Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının təbliğindəki rolunu artırmaqdan, KİV-lərin mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.

 


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »