Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyə Səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub

-

Bu gün Türkiyənin ölkəmizdəki Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.


Görüşdə 2018-ci ildə Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, qardaş ölkənin Səfirliyi hər zaman Azərbaycan mediasının inkişafına öz dəstəyini göstərib. Bu dəstək istər kütləvi informasiya vasitələri əməkdaşlarının təcrübə məqsədli qarşılıqlı səfərlərinin, istərsə də birgə konfransların təşkili formasında olub.


H.Karadeniz təmsil etdiyi diplomatik missiyanın 2018-ci ilin də qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətli tədbir və təşəbbüslərə dəstək göstərəcəyinə inandığını vurğulayıb. O, Mətbuat Şurası ilə mövcud istiqamətdəki işbirliyinin davamlılığının vacibliyini əsaslandırıb.


Görüşdə eyni zamanda jurnalistika sahəsində təhsil proqramlarının reallaşdırılması ilə bağlı da fikir mübadiləsi aparılıb.



29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »